Ölənlə ölmək olmur, doğrudur.
Bu gün, 12:04

Keçmiş amerikalı aktyor Volter Brüs Uillesin 250 milyon dollarlıq sərvəti var, 70 yaşındadır və uzun illərdir ki, xəstədir.
Xəstəliyi də onu bitki kimi edib, insanları tanımır, danışmır, harada qoydun, orada da sakit dayanır.
Keçmişdə model olan 47 yaşlı bir xanımla nikahdadır, 13 və 11 yaşında qızları var.
Həyat yoldaşı Brüs Uillesi evdən çıxardıb və ayrı evdə baxıcı ilə yaşamağa göndərib.

Bu səbəblə açıqlama da verib. Bildirib ki, qızları artıq böyüyüb. Evinə onların dostları gələ, gecələyə bilərlər. Atalarının xəstəliyi onlara pis təsir etməsin deyə, bu qərarı verib.
Ölənlə ölmək olmur, doğrudur. Yataq və ağır xəstə olmasan belə, qocalıqdan yaranan yaddaş pozgunluğu ilə bağlı şeylərə görə bəzən insanlar yaxınlarına dözümsüzlük göstərirlər.
Biz bu kimi hadisələrə baxıb dərs götürməliyik. Həyatımızı elə yaşayaq, elə insanları ətrafımızda saxlayaq ki, pis gündə xəyanət etməsinlər...
Mətnin müəllifi: Yusif Hansen