İlahiyyatçı Rəşad Hümbətovun həddi-büluğ yaşı ilə bağlı söylədikləri sosial şəbəkədə birmənalı qarşılanmaylb.
O, çıxışında həddi-büluğ əlamətlərindən danışarkən qızın hamilə qalmasını da həddi-büluğ əlaməti olduğunu açıqlayıb.
Sosial şəbəkədə də elə bu paradoksal fikir mübahisə doğurub. Çünki “həddi-buluğ” yaşının müəyyən edilməsi ən çox evlilik və cinsi- münasibətin bəlli edilməsi üçün lazım olur. Bir qadının həddi buluğa çatmasını bilmək üçün hamilə qalıb-qalmayacağını yoxlamaq absurd göründüyündən izləyicilər bu fikri tənqid edib.
Qeyd edək ki, ilahiyyatçı bu fikirləri öz qənaətləri kimi deyil, sitat olaraq bildirib. A24.Az