Dünən Azərbaycanda 5 nəfər özünü asıb - Nə baş verir?

16-04-2019, 11:22           
Dünən Azərbaycanda 5 nəfər özünü asıb - Nə baş verir?
Azərbaycanda intihar halları artıq mütəmadi xarakter almağa başlayıb. Hələlik bunun səbəbləri ilə bağlı ortaya ciddi sosial-psixoloji izahlar qoyulmayıb.
“Yeni Sabah” xəbər verir ki, təkcə ötən sutka – aprelin 15-i tarixində ölkədə 6 intihar hadisəsi baş verib. Onlardan yalnız birinin həyatını xilas etmək mümkün olub.
Ötən gün intihar edənlərin siyahısını təqdim edirik. Siyahı informasiya agentliklərində yayımlanmış xəbərlər əsasında hazırlanıb.
Bərdə: Rayon sakini, 32 yaşlı Tofiq İsgəndərov özünü yaşadığı evin həyətindəki çardaqdan asıb.
Zaqatala: 48 yaşlı Məlahət Feyzullah qızı Şabanova Aşağı Tala kəndində özünü yaşadığı evin həyətyanı sahəsindəki qaz borusundan asıb.
Bakı: 52 yaşlı Xəzər rayon sakini Zümrüd Əliyeva özün asıb.
Bakı: 19 yaşlı Binəqədi rayon sakini Rəhman Rəsulov özünü asıb.
Saatlı: Mollavaizli kəndində 1971-ci il təvəllüdlü yerli sakin Ələkbərov Pərviz Hərcavan oğlu özünü asıb. Vaxtında bundan xəbər tutan yaxınları ipi boğazından açaraq, onu xilas ediblər.
Bakı: 16 yaşlı qız 9-cu mərtəbədən özünü atıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru