Bakı və İrəvan arasında sülh sazişinin imzalanması… – ABŞ-dan YENİ AÇIQLAMA

Bu gün, 09:08           
Bakı və İrəvan arasında sülh sazişinin imzalanması… –
“Tramp Ermənistan və Azərbaycan arasında sülhlə bağlı razılaşma əldə etməyə yaxındır”.

TEREF Globalinfo.az-a istinadən xəbər verir ki, bunu amerikalı senator Stiv Daines “The Wall Street Journal” üçün yazdığı məqalədə qeyd edib.

“Tramp Ermənistan və Azərbaycan arasında ülh sazişinin bağlanması üçün töhfə verməyə çox yaxındır. Bu, diqqətəlayiq bir nailiyyət olardı. Çünki 1980-ci illərin sonlarından bəri Ermənistan və Azərbaycan arasında ciddi qarşıdurma yaranıb və tərəflər münaqişə vəziyyətinə düşüb. Bir çox sülh səyləri səmərəsiz olub. Əvvəlki ABŞ administrasiyaları nə bölgəyə, nə də sülh danışıqlarına üstünlük veriblər. Tramp isə regionda və onun hüdudlarından kənarda sabitliyi təşviq edir. Bunun üçün də Ermənistan və Azərbaycan liderləri sazişin imzalanmasını gecikdirmədən başa çatdırmalıdır”, – senator vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru