Türk sinemasının yaşayan ən böyük rejissoru Nuri Bilge Ceylan “The New York Times” qəzetinin bu il keçirtdiyi “21-ci əsrin ən yaxşı filmləri” sorğusunda iştirak edib.

Bu gün, 17:44           
Türk sinemasının yaşayan ən böyük rejissoru Nuri Bilge Ceylan “The New York Times” qəzetinin bu il keçirtdiyi “21-ci əsrin ən yaxşı filmləri” sorğusunda iştirak edib.
Sorğuda 2000-2025-ci illər arasında ekrana çıxmış filmləri qiymətləndirmək üçün Dünyanın bir sıra rejissor və aktyorları iştirak ediblər.
Nuri Bilge Ceylan qlobal sorğunun ümumi reytinqinə daxil olmayan, öz seçtiyi filmlərin siyahısını hazırlayıb. Ceylanın siyahısındakı filmlər müstəqil prodakşınların unikal povest gücü ilə formalaşan sinematik baxışı təmsil edir.
Gündəlik həyatın sadə, sıravi məqamlarına, ekzistensial mövzulara, bəşəriyyətin daxili aləminə arabir nəzər salan bu görkəmli rejissorun fərqli hekayə tərzinə və sinema düşüncəsinin dərinliyinə işıq salır.
Aşağıda sizin üçün onun təklif etdiyi siyahını paylaşıram (Filmin orijinal adının qarşısında onun Türk prokatlndakı adını yazmışam).
Siz bu filmlərdən hansıları seyr edibsiz?
Ümumiyyətlə, Nuri Bilge Ceylanın 21-ci əsrin ən yaxşı filmləri seçimı haqqında nə düşünürsünüz?
1.About Endlessness (Sonsuzluk Üzerine Üstüne) – Roy Andersson (2019)
2.No Country for Old Men (İhtiyarlara Yer Yok) – Joel & Ethan Coen (2007)
3.Oslo, August 31st (Oslo, 31 Ağustos) – Joachim Trier (2011)
4.Hors Satan – Bruno Dumont (2011)
5.Silent Light (Stellet Licht) – Carlos Reygadas (2007)
6.The Death of Mr. Lazarescu (Moartea domnului Lazarescu) – Cristi Puiu (2005)
7.The Turin Horse (Torino Atı) – Béla Tarr (2011)
8.Uncle Boonmee Who Can Recall His Past Lives (Amcam Önceki Hayatlarını Hatırlıyor) – Apichatpong Weerasethakul (2010)
9.Unknown Pleasures (Bilinmeyen Zevkler) – Jia Zhangke (2002)
10. Zama – Lucrecia Martel (2017)
https://t.me/ibrahim_nebioglu
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru