Sələfinə güldü, öz başına gəldi: Trampın Baydendə lağa qoyduğu problemlər özündə də göründü

Bu gün, 10:08           
Sələfinə güldü, öz başına gəldi: Trampın Baydendə lağa qoyduğu problemlər özündə də göründü
ABŞ Prezidenti Donald Trampın son vaxtlar çıxışlarında müşahidə olunan qeyri-adi ifadə tərzi və məntiqsiz mövzu dəyişiklikləri onun koqnitiv sağlamlığı ilə bağlı suallar doğurur.

Oxu.Az-ın "The Guardian"a istinadla məlumatına görə, bu barədə Kornell Universitetinin psixologiya və psixiatriya üzrə müəllimi Harri Siqal danışıb.

O, Trampın tez-tez fikrini və məntiqsiz şəkildə mövzu dəyişməsini diqqət dağınıqlığı və hekayə qurmaq qabiliyyətinin zəifləməsi kimi dəyərləndirib.

O həmçinin Trampın "konfabulyasiya" adlanan hal yaşadığını - yəni real hadisələri qeyri-real əlavələrlə təqdim etdiyini qeyd edib. Buna misal olaraq, Trampın əmisinin Unabomber ləqəbli Teodor Kaçinski ilə tanış olduğunu iddia etməsini göstərib. Halbuki faktlar bu bəyanatın reallıqla uyğun olmadığını göstərir.

Psixiatriya üzrə mütəxəssis və yazar Con Gartner isə bu halları demensiyanın klassik əlamətləri kimi qiymətləndirib. Onun fikrincə, Trampın vəziyyəti zamanla daha da pisləşə bilər.

Bununla belə, Trampın tərəfdarları iddiaları rədd edirlər. Ağ Evin mətbuat katibinin köməkçisi Liz Hyuston prezidentin misilsiz intellektə sahib olduğunu bildirir. Trampın sabiq şəxsi həkimi, hazırda konqresmen olan Ronni Cekson da Trampı ABŞ tarixindəki ən sağlam prezident adlandırıb. Trampın hazırkı həkimi Şon Barbabellanın bu ilin aprelində verdiyi rəyə əsasən, prezidentin koqnitiv və fiziki vəziyyəti "əla" olaraq qiymətləndirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru