Çin" Starlink"i məhv etməyin yollarını axtarır

Bu gün, 16:34           
Çin" Starlink"i məhv etməyin yollarını axtarır
Çin alimləri iş adamı İlon Maskın "Starlink" peyklərinə qarşı mübarizə strategiyaları hazırlayırlar.

TEREF xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Nəşr qeyd edir ki, Çin tərəfi peyklərə qarşı durmaq üçün kosmik lazerlərə malik gizli sualtı qayıqlar, “təchizat zəncirinin təxribatı” və ionla işləyən zərbə peyklərini nəzərdən keçirir.

Agentliyin məlumatına görə, Çin hökuməti və hərbi elm artıq jurnallarda "Starlink" peyklərinin aşkarlanması və məhv edilməsi yollarını araşdıran onlarla məqalə dərc ediblər.

Çin tədqiqatçılarının fikrincə, kosmik gəmi Çin hökuməti və onun strateji maraqları üçün yüksək risk yaradır. Narahatlıqlar "Starlink"in kəşfiyyat və ABŞ Müdafiə Departamenti ilə əlaqələri, eləcə də artan qlobal varlığı ilə bağlıdır.

İstinad: Unikal.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru