Tramp Hindistanı hədələdi
Bu gün, 00:11

“Birləşmiş Ştatlar Hindistana tarifləri əhəmiyyətli dərəcədə artıracaq”.
Yeniavaz.com xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında bildirib.
O, tarifləri nə qədər qaldıracağını və bunun nə vaxt olacağını açıqlamayıb.
“Hindistan nəinki böyük həcmdə Rusiya neftini alır, həm də bu neftin böyük hissəsini açıq bazarda böyük gəlirlər üçün satır. Onlar Ukraynada Rusiyanın döyüş maşınının əlində nə qədər insanın ölməsi vecinə deyil”, - Tramp yazıb.
Son həftələr ABŞ Prezidenti Donald Tramp dəfələrlə Hindistanı Rusiya neftinə görə sanksiyalarla hədələyib. Avqustun 1-də o, Hindistandan idxal olunan mallara 25 faizlik rüsum tətbiq edib. Hindistan hökuməti Trampın təhdidlərinə baxmayaraq Rusiyadan neft almağa davam edəcəyini bildirib.
Tramp hesab edir ki, Hindistan Rusiyadan neft almaqla Rusiyanın Ukraynaya genişmiqyaslı işğalını maliyyələşdirir, Ağ Ev bildirib.