Ankara və Dəməşq hərbi əməkdaşlıq sazişi bağlamağa yaxındırlar.
Bu barədə "Aydınlık" məlumat yayıb.
Məlumata görə, saziş Türkiyəyə Suriyada üç hərbi baza yerləşdirməyə imkan verəcək.
Razılaşmaya türk təlimatçılar tərəfindən suriyalı hərbçilərin təlimi, hərbi məsləhətləşmə və Suriya ordusunda islahatlara köməklik daxildir.
Bundan əlavə, hava hücumundan müdafiə və pilotsuz uçuş aparatları sahəsində də birgə iş nəzərdə tutulur.
Qeyd edilir ki, Türkiyənin hərbi mövcudluğunun genişlənməsi İsrail və bəzi ərəb dövlətləri arasında narahatlıq doğurur. Onlar bunu regionda qüvvələr balansına təhlükə hesab edirlər.