Texniki Universitetdə NƏ İŞLƏR ÇEVRİLİR?.. - İTTİHAM VAR...
Bu gün, 12:27

"Azərbaycan Texniki Universitetində Vaqif Həsənov Enerji eefektivliyi və yaşıl enerji texnologiyaları kafedrasının müdiri təyin olunduğu gündən kafedra əməkdaşlarına qarşı kobud davranır, hətta onları kafedra iclaslarında təhqir edir. Kafedrada qondarma “vəzifə (müavin)” yaratmışdır və guya o “vəzifəyə” öz adamını təyin etmişdir. Özüdə açıq bildirir ki, kimin mənə sözü olsa “müavin”ə desin (bu açıq-aşkar nə niyyətlə edildiyini göstərir, yəqin “mavin” vəzifəsi özünü maliyyələşdirmə ilə yolu ilə işləyir)..." "DİA-AZ" xəbər verir ki, bu barədə Enerji Effektivliyi və Yaşıl Enerji Texnologiyaları kafedrasının müəllimləri adından edilən müraciətdə deyilir.
Müraciət müəllifləri daha sonra bildirir: "Kafedra iclaslarından birində, ağzının danışığını bilməyən, pedaqoqa yaraşmayan bir tərzdə, kafedra əməkdaşlarına hətta, “mən sizin hamınızın hansı yuvanın quşu olduğunu bilirəm” dedi. Bu nalayiq sözlər xanım əməkdaşlar arasında böyük narazılığa səbəb oldu. Məsələ orasındadır ki, universitetin ən hörmətli rəhbərlərindən birinin qızı da bu kafedranın müəlliməsidir. Bir də, bu sözü Vaqif Həsənovun hansısa yaxınına desələr, qəbul edərmi? Kafedranın cavan əməkdaşlarına, doktorantlara qarşı xüsusi neqativ münasibəti, yerli-yersiz təzyiq etməsi müəllimlərin haqlı narazılığına səbəb olmuşdur. İşə başladığı zaman ayrı-seçkilik etməyəciyini desədə bir qrup müəllimi ətrafına toplayaraq digərlərinə təzyiq göstərir. Müəllimləri elmi, pedoqoji fəaliyyətinə, nizam-intizama (elə müəllimlər var günlərlə kafedraya gəlmir) görə deyil, öz istədiyi kimi qiymətləndirir, qanunsuz yollara baş vurur, vəzifə səlahiyyətlərini aşaraq ağlına gələni danışır. Ən acınacaqlısı odur ki, elə etməyə çalışır ki, müəllimlər xüsusilə universitet və ölkə rəhbərliyindən narazı qalsınlar və məsələ ictimailəşsin. Yuxarıdakı qanunsuzluqları gah kimlərinsə məsləhəti ilə etdiyini, gah da dərs yükünün azalması ilə (dərs yükünün azalması tamamilə yalandır, ixtisas kafedraları tələbə qəbulunun azalması ilə dərs yükünün azalmasını ən azı iki ildən sonra hiss edir. Dərs yüklərinin bölünməsini gizli şəraitdə apararaq dərs yüklərini gizlətməyə, sonra ya öz yaxınları ilə bölüşəcək, ya da satacaq, çünki, hazırkı qanunsuzluqlarından elə görünür) əsaslandırmağa çalışır.
Himayə etdiyi adamlar unversitet rəhbərliyinin verdiyi tapşırıqları, qoyduqları dərkənarları ələ salır, öz aralarında məsxərəyə qoyurlar..."
DAVAMI VAR...
QEYD: Müraciətdə olduqca ağır ittihamlar da var ki, bu barədə növbəti yazılarda münasibət öyrənməyə çalışacağıq... Bizi izləməyə davam edin...