HİKMƏT DÜNYASI:
Bu gün, 08:54

Bir kişi meşədə gəzərkən kolların arasında tülkü görür. Amma bu tülkünün dörd ayağı da şikəst idi. Adam təəccüblənir ki, bu tülkü bu cür şikəstliklə, necə belə yaşayır? Bir tərəfdə gizlənib, tülkünün nə edəcəkləri ilə maraqlanır.
Birdən ağzında toyuq olan şir kolların arasından çıxır. Aslan toyuqun yarısını tülkünün qarşısına qoyur, yarısını da özü yeyib çıxıb gedir.
Adam bu möcüzə qarşısında donub qalmışdı. “Allahım,” deyir, “Sən öz bəndələrini necə qoruyursan və onlara nəzarət edirsən? Mən də sənə təslim oluram və özümü sənə həvalə edirəm”. Və gedib bir ağacın altında oturub, gözləməyə başlayır.
Bir gün keçir, iki gün keçir, yemək üçün heç nə olmayır. Adam acından öləcək bir halə gəlir.
Əllərini açıb səmaya səslənir:
– İlahi, məni görmürsən? Göydən bir səs gəlir: “Görürəm, təəccüblənirəm, niyə şikəst tülküyə oxşadın, amma o igid aslana yox?”
Hekayənin hikməti budur ki, özünüzün kimliyinə tez-tez diqqət ayırın.
Kimin rolunu oynayırsınız, tülkünün, yoxsa, heç kimin hesabına yaşamayan şirin?
Nə vaxt kimdənsə bir şey gözləyirsən, bil ki, axsaq tülküsən...
Есмира Шукурова
TEREF