Rey Kərimoğlu: “Məhkəmə prosesi zamanı jurnalistin hüquqları kobud şəkildə pozulub. Şübhəli məqamlar var”

28-05-2019, 08:19           
Rey Kərimoğlu: “Məhkəmə prosesi zamanı jurnalistin hüquqları kobud şəkildə pozulub. Şübhəli məqamlar var”
Xəbər verildiyi kimi, Yenicag.az-ın əməkdaşı bu gün Ağdam rayon məhkəməsinin hakimi Elşad Bayramovun qərarı ilə 10 sutka həbs cəzası alıb.
Yerli icra orqanı jurnalistin ünvanını bilə-bilə onun barəsində axtarış elan edib. Bu gün isə məhkəməyə dəvət olunan Səxavət Məmmədə həbs edilib.

O, şəxsi problemlərinə görə üzərinə düşən öhdəliyi yerinə yetirəcəyinə söz versə də, hakim Elşad Bayramov buna məhəl qoymayıb. Ona apelyasiya şikayəti vermək üçün də şərait yaradılmayıb. Yalnız millət vəkili Aqil Ababsın müdaxiləsindən sonra jurnalistin şikayəti təmin edilib.

Qeyd edək ki, Səxavət Məmməd daha çox Müdafiə Nazirliyində baş verən özbaşınalıqları işıqlandırması ilə tanınır. Ona son günlərdə yazılarına görə müxtəlif vasitələrlə təzyiqlər olub. Səxavət Məmməd son olaraq Müdafiə Nazirliyinin Qərargah rəisi Nəcməddin Sadıkovun pensiya yaşı çatması ilə bağlı yazısıyla gündəmə gəlmişdi. Elə bu kimi amillər jurnalistin həbsinin sifarişli olmasına dair şübhələri daha da gücləndirir.

S.Məmmədova yaxın jurnalistlərdən biri Rey Kərimoğlu isə QAZİLER.AZ saytına bildirib ki, həbsin N.Sadıqovla, orduyla bağlı olmasına inanmır. O, qeyd edib ki, amma məhkəmə prosesi zamanı jurnalistin hüquqları kobud şəkildə pozulub. Şübhəli məqamlar var. Lakin hələlik konkret N.Sadıqovu və ordunu ittiham etmək olmaz.

Xatırladaq ki, S.Məmmədovun apeliyasiya məhkəməsi mayın 28-də Gəncə şəhərində olacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.