Makronun İsrailə səfər etmək istəyi Netanyahu tərəfindən rədd edildi

Bu gün, 16:58           
Makronun İsrailə səfər etmək istəyi Netanyahu tərəfindən rədd edildi
Fransa Prezidenti Emmanuel Makron İsrailə təcili səfər etmək istəsə də, Tel-Əvivdən rədd cavabı alıb.

Bu barədə "Kan" telekanalı xəbər verir.

İsrailin Baş naziri Benyamin Netanyahu Makronun bu tələbini rədd edərək, bunun üçün uyğun vaxt olmadığını qeyd edib.

Əvəzində Netanyahu İsrailə səfər etməsi üçün Makron qarşısında şərt qoyub.

O, Fransa liderinə mesaj göndərib ki, İsrailə səfər etmək istəyirsə, Fələstin dövlətini tanımaq niyyətindən imtina etməlidir.

Lakin Makron Netanyahunun şərtini qəbul etməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru