Moskva Boltonun istefasını şərh etdi
11-09-2019, 07:57
ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun istefası Amerika hakimiyyətinin Rusiya istiqamətində siyasətini əhəmiyyətli dərəcədə dəyişdirməyəcək.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının beynəlxalq işlər üzrə komitəsinin başçısı Leonid Slutskiy deyib.
“Boltona istefası, sözsüz ki, ABŞ-ın daxili işidir. Amma biz onu Amerika istisnalığının və son dərəcə sərt xarici siyasət xəttinin tərəfdarı kimi tanıyırıq”, - Slutskiy jurnalistlərə bildirib.
Bundan başqa, deputat qeyd edib ki, Bolton silahlar üzərində nəzarət üzrə Rusiya-Amerika müqaviləsinə yenidən baxılmasını dəstəkləyirdi və hesab edirdi ki, bu sferada razılaşmalar ABŞ-ın azadlığını yalnız məhdudlaşdırır.
Xatırladaq ki, daha əvvəl Con Bolton prezidentin milli təhlükəsizlik üzrə müşaviri postundan istefaya göndərilib.
Amerika KİV-i yazırdı ki, prezident və Bolton xarici siyasətin aspekti üzrə müxtəlif mövqelərə malikdir. Xüsusi halda, fikir ayrılıqları Koreya Xalq Demokratik Respublikası, İran və Əfqanıstan məsələlərinə baxışlara aid idi.