Müdirini öldürəndən sonra isinmək üçün cəsədi yandırdı - TƏFƏRRÜAT

14-04-2020, 10:00           
Müdirini öldürəndən sonra isinmək üçün cəsədi yandırdı - TƏFƏRRÜAT
Müdirini tamah məqsədi ilə öldürərək yandıran şəxs həbs qətimkan tədbirinin seçilməsindən narazı olduğu üçün Bakı Apellyasiya Məhkəməsinə şükayət edib.

“Yeni Sabah”ın məlumatına görə, Cinayət Məcəlləsinin 120.2.4 və 120.1-ci maddəsi ilə təqsirləndirilən Bayramov Tuqay Gündüz oğlunun məhkəmə prosesinə hakim Vaiqf Mursaqulovun sədrliyi ilə baxılacaq. 2019-cu il noyabrın 23-də Nərimanov rayonu, Nurəddin Süleymanov küçəsində tikinti çuxurunda Naxçıvan sakini, 1964-cü il təvəllüdlü Adəm Qibləli oğlu Abdullayevin yanmış cəsədi aşkar edilib. Cəsədin müayinəsi zamanı patoloq-anatomlar çoxlu sayda bıçaq yarası qeydə alıblar. İsti izlərlə Gəncə sakini, əvvəllər Cinayət Məcəlləsinin 333-cü maddəsi (Hərbi hissəni icazəsiz tərk etmə) ilə məhkum edilmiş 1986-cı il təvəllüdlü Bayramov Hacı Tuqay Gündüz oğlu saxlanılıb. İlkin dindirmələr zamanı A. Abdullayevin tamah məqsədi ilə öldürüldüyü məlum olub.

İlkin məlumatlara görə, qətldən bir müddət əvvəl A.Abdullayev və T.Bayramov birlikdə spirtli içki qəbul ediblər. Buna görə, onlar yaxınlıqdakı apteklərin birindən tibbi spirt alıblar. Alkoqol qəbulundən sonra kişilər arasında münaqişə baş verib – sərxoş içki yoldaşları bir-birini təhqir etməyə başlayıblar. Nəticədə nizamsız həyat tərzi sürən T.Bayramov yoldaşını bıçaqlayıb. Daha sonra T.Bayramov meyiti çuxura qədər sürüyərək orada yandırıb.

İstintaq nəticəsində məlum olub ki, cinayət şəxsi mənfəət məqsədilə törədilib. Çünki T.Bayramov plastik butulkalar toplayaraq, onları A.Abdullayevə satmaqla pul qazanırmış. Alıcısının pulu olduğunu bilən T.Bayramov onu öldürməyi planlaşdırıb. Cinayət hadisəsindən sonra qatil qurbanından min manat və bank kartları oğurlayıb. İzahatının davamında qatil öldürdüyü şəxsin cəsədini sürüyərək, tikinti çuxuruna atdığını deyib. Tuqay Bayramov cəsədi qızınmaq məqsədilə yandırdığını etiraf edərək, bir qədər atəşin yanında durduqdan sonra hadisə yerini tərk edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.