Alimlər koronavirusun “zəif nöqtə”sini tapdılar - ARAŞDIRMA

14-04-2020, 14:39           
Alimlər koronavirusun “zəif nöqtə”sini tapdılar - ARAŞDIRMA
Alimlər koronavirusun “zəif nöqtə”sini tapdılar
Alimlər COVID-19-a səbəb olan SARS-CoV-2-nin fundamental xüsusiyyətini aşkarlayıblar.

“Report” phys.org-a istinadən xəbər verir ki, bunu Sauthempton Universitetinin mütəxəssisləri açıqlayıblar.

Məlumata görə, alimlər dünyada ilk dəfə SARS-CoV-2-nin yayılma modelini yaradıblar. Bunun sayəsində koronavirusun insan hüceyrələrinə yapışmaq vasitəsi olan böyük miqdarda tikanlara sahib olduğu məlum olub. Bu tikanlar karbohidrogen molekul olaraq qlikanla örtülüb. Qlikan virusu pərdələyərək immunitetdən gizlənməsinə şərait yaradır.

Ancaq qlikanın quruluşunu araşdıran alimlər koronavirusun antikorlardan elə də yaxşı qorunmadığını müəyyənləşdiriblər.

“Viruslar karbohidratlar sayəsində saman altından su yeridirlər, ancaq biz öyrəndik ki, digər viruslardan fərqli olaraq koronavirusda bu, elə də yaxşı alınmır”, - araşdırmanın rəhbəri professor Maks Krispin söyləyib.

Araşdırmaçılar SARS-CoV-2-nin örtüyündə dəliklər aşkarlayıblar. Bu, koronavirusu digər viruslarla, məsələn, dəlilməz örtüyə sahib İİV ilə müqayisədə daha həssas edir.

Tədqiqatçıların fikrincə, SARS-CoV-2-dəki açıq sahələrin aşkarlanması onu immunitet üçün görünən edəcək, həmçinin laborator antikorların koronavirusdakı həmin boşluqlara fokuslanmasına yardımçı olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru