Son illər Bakıda həbs olunan ermənilərin SİYAHISI

14-04-2020, 18:52           
Son illər Bakıda həbs olunan ermənilərin SİYAHISI
Son illər Bakıda həbs olunan ermənilərin
Xəbər verdiyimiz kimi, mətbuatda Bakı şəhəri, Suraxanı rayonu 31-ci Polis Bölməsinin əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində ev quşlarının oğurluğu ilə məşğul olan erməni əsilli qardaşların saxlanılması barədə məlumat yayılıb.
Yeniavaz.com xəbər verir ki, bu hadisə Azərbaycanda yaşayan erməni əsilli şəxslər tərəfindən törədilən ilk cinayət hadisəsi deyil. Son illər ərzində erməni əsilli şəxslər tərəfindən bir-neçə cinayət törədilib.
Bakıda erməni əsilli şəxs tərəfindn törədilən cinayətlərdən biri 2008-ci ildə qeydə alınıb. 1985-ci ildə Bakıda anadan olan Edqar Sarkisyan 2008-ci ilin aprelin 24-də ögey qardaşını döyüb, azyaşlı ögey bacısına isə təcavüz edib. Edqar Eduaroviç Sarkisyan anası Elmira Qurbanovanın şikayət ərizəsi əsasında həbs olunub. Qeyd edək ki, Edqar Sarkisyan E. Qurbanovanın keçmiş erməni həyat yoldaşından olan oğludur. 1985-ci il təvəllüdlü Sarkisyan əvvəllər də məhkumluq həyatı keçirib.
Bundan başqa 30 oktyabr 2009-cu il tarixində Bakı şəhərində dələduzluq yolu ilə vətəndaşların külli miqdarda pulunu mənimsəyən erməni qadın həbs edilib. Nizami rayon Polis İdarəsinin 25-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhərində dələduzluq yolu ilə vətəndaşların külli miqdarda pulunu mənimsəyən Lidiya Balasanova həbs edilib. Məlumatda həmçinin bildirilir ki, erməni milliyyətindən olan L. Balasanova Bakı şəhərində olduğu müddətdə ad-familiyasını dəyişib. O, əvvəllər milliyətcə azərbaycanlı olan həyat yoldaşı Azad İsgəndərovla birlikdə dələduzluq əməlinə görə, 8 il məhkumluq həyatı yaşayıb.
2016-cı ildə isə Bakıda anadan olan erməni əsilli Rusiya vətəndaşı Marat Ueldanov- Qalustyan həbs olunub. 2015-ci il Avropa Oyunlarında xidmət göstərən Avstriya şirkətinin işçisi kimi Azərbaycana gələn və burada işləyən Marat Ueldanov narkotiklərin qanunsuz dövriyyəsinə görə saxlanılıb
Bu ilin aprelin 9-na keçən gecə Yeni Suraxanı qəsəbəsində baş verən digər oğurluq hadisəsi zamanı isə erməni əsilli qardaşlar 1966-cı il təvəllüdlü Rövşən Cəfərov və 1971-ci il təvəllüdlü Elçin Danilyan saxlanılıb. Onlar 3-cü Köndələn küçəsində yaşayan Könül Əhmədovanın evinin həyətindən 220 manat dəyərində 8 toyuq və iki ördək oğurlayıblar. İlkin araşdırma zamanı məlum olub ki, aprelin 8-də saat 8:00 radələrində həmin küçədə yaşayan Firdovsi Həsənovun həyətindən də altı toyuq oğurlanıb. Hər iki qardaşın əvvəllər də narkotik maddə oğurlamaq və saxlamaqda ittiham olunduğu müəyyən edilib. Bundan əlavə, onların narkotik maddə istifadə etdikləri məlum olub. Verilən məlumatlara görə, qardaşlar Sabirabad rayonunun sakinləridir. Rövşən evlənəndən sonra həyat yoldaşının soyadını götürüb. Sonradan cütlük boşanıb, amma həmin şəxs Cəfərov soyadını saxlamağa qərar verib. Elçin isə Danilyan soyadını dəyişməyib.
Məlumat üçün bildirək ki, 1988-90-cı illər ərzində Ermənistan SSR ərazisində yaşayan azərbaycanlılar son nəfərinə kimi qovulsalar da, Azərbaycan SSR-də yaşayan ermənilərin bəziləri burda yaşamağa davam ediblər. Dövlət Statistika Komitəsinin açıqladığı məlumatda qeyd olunur ki, Azərbaycanda işğal olunmuş rayonlar istisna olmaqla digər şəhər və rayonlarda ümumilikdə 187 nəfər erməni yaşayır. Azərbaycanın ayrı-ayrı şəhər və rayonlarında yaşayan ermənilərin 15-i kişi, 172-si qadın olub. Əhalinin sonuncu siyahıyaalınmasına əsasən ermənilər ən çox Bakı şəhərində məskunlaşıblar. Bakıda ümumilikdə 104 nəfər erməninin yaşadığı və onların 14-nün kişi, 90-ın qadın olduğu bildirilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.