Koronavirusa yoluxmamaq üçün nə etməli? - Bilmək yox, həm də əməl etməyimiz vacibdir...

15-04-2020, 09:29           
Koronavirusa yoluxmamaq üçün nə etməli? -
Yeni virusa-COVİD-19-a daha çox yoluxma riski olan yerlər çoxdur. Amma gündəlik olaraq insanların ən çox olduğu yerlər marketlər və apteklərdir.

e-tibb.az xəbər verir ki, Rusiyadan olan mütəxəssislər koronavirusa yoluxa biləcəyimiz yerlər sırasında birinci mağazalar və aptekləri vurğulayıb, orada necə davranmaq lazım olduğunu açıqlayıblar. Həkimlər bildirir ki, aptekə girərkən mütləq maska taxmaq, hər ehtimala qarşı buruna virusdan qorunmaq üçün hər hansı məhlul tökmək və ya maz çəkmək lazımdır. Aptekə yalnız vacib hallarda girmək, orada çox qalmamaq tövsiyə edilir. Orada çox qalmamaq üçün nə alacağımızı əvvəlcədən götür-qoy etmək, dərman və ya tibbi vasitə olmasa, hansı anoloqunu almaq lazım olduğunu düşünüb, sonra içəri girmək vacibdir. Çünki orada çox qalmaqla, növbə yaratmaqla virusa yoluxma ehtimalını artırmaq olmaz. Aptekə girəndə də, çıxanda da əlləri antiseptiklə silmək lazımdır.

Eləcə də mağazaya daxil olanda bunlar nəzərə alınmalıdır. Mağazaya maskasız girmək olmaz. Marketdə səbət götürməzdən əvvəl əlləri antiseptiklə simək, orada az vaxt keçirmək üçün alınacaq məhsulların siyahısını evdə tutmaq lazımdır. Mağazaya hər dəfə eyni ailə üzvünün getməsi doğru olar. Alınan məhsulları paketə yığan zaman diqqətli olmaq, məsələn, əlləri ağıza, buruna, gözlərə qətiyyən vurmaq olmaz.

Eyni zamanda bildirilir ki, hətta küçədə zibil qutusuna yaxınlaşarkən belə, koronavirus infeksiyasına yoluxnma riski var. Həmçinin yanacaqdoldurma məntəqəsində yaxınlaşarkən və ordan uzaqlaşanda da əlləri antiseptiklə silmək vacib sayılır.

Mütəxəsislər hesab edir ki, küçəyə ev heyvanları ilə çıxanlar da maksimum diqqətli olmaldırlar. Evə daxil olmazdan əvvəl ilk növbədə əlləri antiseptiklə silmək, sonra ev heyvanının pəncələrini yumaq və ya antiseptik məhlulla silmək, bundan sonra əlləri sabunla yaxşıca yumaq tövsiyə edilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.