“Google Play” əsl virus mənbəyinə çevrilib

10-06-2020, 07:28           
“Google Play” əsl virus mənbəyinə çevrilib
Təhlükəsizlik üzrə mütəxəssislərin “Android” istifadəçilərinə mobil tətbiqləri israrla yalnız “Google Play”dən yükləməyi tövsiyə etməsinə baxmayaraq, sözügedən proqramlar mağazasında müntəzəm olaraq təhlükəli proqram təminatının mövcudluğu haqqında məlumatlar yayılır. “Upstream” tədqiqat firmasının hesabatı yalnız mobil qurğuların virusa yoluxması statistikasını deyil, həm də zərərli proqram təminatının sayının sürətli artmasını göstərir.

Yeniavaz.com “ICTnews”a istinadən xəbər verir ki, hesabata əsasən, bu ilin birinci rübündə “Android” sistemi üçün zərərli proqramların sayı 29 mini ötüb. Müqayisə üçün, 2019-cu ilin müvafiq dövrü üçün bu göstərici təxminən 14,5 min təşkil edib. Beləliklə, təhlükəli proqramların sayı 2 dəfə yüksəlib. Bundan başqa, mütəxəssislər iddia edirlər ki, indi 10 ən populyar zərərverici proqramdan 9-u “Google Play”də aşkar edilib. Bu, həmin proqramların moderasiya və təhlükəsizlik yoxlamasından keçməsi deməkdir. 2019-cu ilin sonunda 100 ən geniş yayılmış zərərli proqramdan təxminən 30%-i “Google Play”də əlçatan idi.

Mütəxəssislər qeyd edirlər ki, virusa yoluxmuş “Android” cihazlarının sayı 11,2 milyon təşkil edir ki, bu da ötən ilin birinci rübü ilə müqayisədə 7% çoxdur. Mütəxəssislər, həmçinin bir qanunauyğunluğu qeydə alıblar: bir çox zərərli mobil tətbiqlər əyləncəli məzmun kimi təsnif edilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.