İran rialının məzənnəsi yeni minimuma enib

6-07-2020, 10:52           
İran rialının məzənnəsi yeni minimuma enib
İranın milli valyutası olan rialın ABŞ dollarına qarşı məzənnəsi "qara bazar"da yeni antirekordu yeniləyib və hazırda 1 dollar 215 500 riala satılır.

"APA-Economics"in "Reuters"ə istinadən verdiyi məlumata görə, COVID-19 pandemiyasının iqtisadiyyata mənfi təsiri ölkənin milli valyutasını da daim təzyiq altında saxlayır. Digər drayverlər kimi neftin qiymətinin aşağı olması və ABŞ-ın İrana qarşı tətbiq etdiyi iqtisadi sanksiyalar göstərilir.

Qeyd edək ki, 2018-ci ilin may ayından bəri dollara tələbin artımı fonunda rial öz dəyərinin təxminən 70%-ni itirib. Rəsmi məzənnə 1 dollar üçün 42 000 rial təşkil edir və əsasən dövlət tərəfindən maliyyələşdirilən şirkətlərin ərzaq və dərman idxalı üçün istifadə olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru