Azərbaycan bu məhsulu İraqa digər ölkələrdən daha baha ixrac edir

Bu gün, 15:44           
Azərbaycan bu məhsulu İraqa digər ölkələrdən daha baha ixrac edir
Cari ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrə 2679,17 ton kərə yağı ixrac edib.

Bu müddət ərzində kərə yağının ixracından əldə olunan gəlirlər 18 milyon 963,36 min ABŞ dolları dəyərində olub.
İxrac prosesində iştirak edən ölkələrin siyahısı belədir: Özbəkistan, Rusiya, Türkmənistan, Gürcüstan və İraq.

Statistik məlumatlara əsasən, Azərbaycan Qazaxıstana 20 ton olmaqla, 173,36 min ABŞ dolları dəyərində kərə yağı ixrac edib. Bu ölkəyə satılan 1 kiloqram kərə yağının qiyməti 8,66 abş dolları və ya 14,74 manat təşkil edib.

Digər bir ölkə Özbəkistana isə 160 ton kərə yağı göndərilib ki, idxal dəyəri 1198,44 min ABŞ dolları təşkil edib. Özbəkistana satılan 1 kiloqram kərə yağının qiyməti 7,49 dollar və ya 12,73 manat olub.
Azərbaycandan kərə yağı alan Rusiyaya cari ilin ilk 6 ayında 2337 ton kərə yağı satılıb, idxal dəyəri 16 milyon 639,25 min ABŞ dolları müəyyən olunub. Rusiyaya kərə yağının 1 kiloqramı 7,11 dollar və yaxud 12,11 manata satılıb.

Türkmənistana isə 931,65 min ABŞ dollar dəyərində məhsul idxal olunub, 159,8 ton ixrac həyata keçirilib. Bu ölkəyə satılan 1 kiloqram kərə yağının 5,83 dollar və ya 9,91 maanat təşkil edib.

Azərbaycandan kərə yağı alan Gürcüstan cari ilin ilk 6 ayında 1,44 ton olmaqla, 10,97 min ABŞ dolları dəyərində məhsul ixrac olunub. 1 kiloqramın qiyməti 7,61 dollar və ya 12,95 olub.

Son olaraq, Azərbaycan İraqa 0,93 ton olmaqla, 9,69 min ABŞ dolları dəyərində kərə yağı ixrac edib. 1 kiloqramı 10,41 dollar və ya 17,71 manat təşkil edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru