Buna görə payızda yoluxma arta bilər - İnfeksionist

9-07-2020, 12:02           
Buna görə payızda yoluxma arta bilər - İnfeksionist
Əhali bu yay istirahət edərək immun sistemini gücləndirməsə, payızda virusa yoluxma halları kəskin arta bilər.

Bunu Axar.az-a açıqlamasında infeksionist Vüqar Cavadzadə deyib. O bildirib ki, əhalini testdən keçirməklə bölgələrə buraxmaq lazımdır:

“Əhali yayda istirahət etməzsə, immun sistem aşağı düşə bilər. Bu da payız və qışda mövsümi xəstəliklərin artmasına və eyni zamanda immun sistemi aşağı olduğu üçün koronavirusa daha tez yoluxmaya səbəb ola bilər. Ümumiyyətlə, paytaxtda sıxlığın və virusa yoluxmanın azalması üçün əhalini testdən keçirməklə rayonlara buraxmaq olar. Əgər bölgələrə getmək istəyən vətəndaşlar olarsa, onları ən keyfiyyətli testlər olan PSR-dən keçirməklə rayonlara buraxmaq mümkündür”.

İnfeksionistin sözlərinə görə, bəzən yeni yoluxmuş xəstələrdə virus yükü az olduğu üçün PSR müayinə yoluxmanı aşkarlamaya bilər. Həkim belə şəxsləri bir neçə gün sonra təkrar müayinədən keçirmək lazım olduğunu qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru