Ermənistan “F-16”ların nişangahında: “Türk ordusu hərəkətə keçə bilər”
28-09-2020, 12:00
“Genişmiqyaslı və uzunmüddətli müharibə hadisələrin gələcək inkişafı üçün mümkün variantlardan biridir”.
Teleqraf.com xəbər verir ki, Ermənistan və Azərbaycan Silahlı Qüvvələri arasındakı son döyüşlər haqda danışan rusiyalı siyasi ekspert Aleksandr Krılov belə deyib.
Ekspertin sözlərinə görə, Azərbaycan ordusunun Ermənistan qarşısındakı üstünlüyü müharibənin davam etdirilməsi üçün yeni imkanlar yaradır.
Krılov münaqişə prosesində Türkiyənin Azərbaycana dəstəyinə də diqqət çəkib:
“Döyüşlərdən əvvəl də Türkiyə Bakıya genişmiqyaslı hərbi dəstək verirdi. Ancaq bu günə qədər hər şey nəzəri dəstəklə məhdudlaşırdı: hərbi mütəxəssislərin göndərilməsi, silah təchizatı və s. Ancaq türk ordusu döyüş əməliyyatlarına qarışmırdı. Bu yaxınlarda Azərbaycanla birlikdə ortaq hərbi təlimlər keçildi. Təlimlərdə xeyli sayda türk hərbi personalı və texnikası iştirak etdi.
“F-16” qırıcı-bombardmançı təyyarələri də daxil olmaqla bu hərbi personal və texnika Azərbaycan ərazilərində qaldı, çox güman ki, indi bunlar Ermənistan ordusuna qarşı döyüşlərdə istifadə edilə bilər. Bunun səbəbi Ankaranın Türkiyəyə bitişik və hətta ondan çox uzaq bölgələrdə nüfuzunu artırmaq üçün hazırkı kursu tərəfindən diktə edilir. Şərq istiqamətində Türkiyənin genişlənməsinin hədəfləri yalnız Cənubi Qafqazla məhdudlaşmır, bura Orta Asiya da daxildir”.
Krılov hesab edir ki, vəziyyətin gərginliyindən istifadə edən Ermənistan Dağlıq Qarabağı müstəqil subyekt kimi tanısa, bu, Ermənistan üçün ciddi problemlər yaradacaq, bu ölkənin beynəlxalq vəziyyətini mürəkkəbləşdirəcək.