Noyabra kimi həftəsonları ictimai nəqliyyat işləməyəcək

28-09-2020, 17:31           
Noyabra kimi həftəsonları ictimai nəqliyyat işləməyəcək
Xəbər verdiyimiz kimi, Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin noyabrın 2-sinə qədər uzadılması barədə qərar qəbul edilib.

Teref.az xəbər verir ki, Baş Nazir Əli Əsədovun imzaladığı qərar həftəsonları ictimai nəqliyyatın fəaliyyətinin dayandırılmasına da şamil edilib.

Belə ki, 3 oktyabr saat 00:00-dan 5 oktyabr saat 06:00-dək, 10 oktyabr saat 00:00-dan 12 oktyabr saat 06:00-dək, 17 oktyabr saat 00:00-dan 19 oktyabr saat 06:00-dək, 24 oktyabr saat 00:00-dan 26 oktyabr saat 06:00-dək və 31 oktyabr saat 00:00-dan 2 noyabr saat 06:00-dək ictimai nəqliyyatın hərəkətinin və Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru