Alimlər açıqladı: Koronavirusun “ispan qripi”ndən daha öldürücüdür

1-10-2020, 09:59           
Alimlər açıqladı:
ABŞ-ın Harvard Tibb Məktəbinin Ceremi Faustun rəhbərliyi altında alimlər qrupu COVID-19 və “ispan qripi” (H1N1-virusu-red) pandemiyalarının dünya üçün fəsadlarını müqayisə edib.

Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir.

Onların hesablamalarına görə, "ispan qripi" ölüm faizini üç dəfə artırıb, amma COVID-19-da bu, dörd dəfə olub. Müəlliflər bildiriblər ki, SARS-CoV-2 infeksiyasının qeyri-kafi müalicəsi 1918-ci ilin H1N1 qrip virusu infeksiyası ilə müqayisədə daha çox ölümə səbəb ola bilər.

Rusiya ekspertləri də ümumilikdə həmkarlarının qiymətləndirilmələri ilə razıdır. Amma onlar qeyd ediblər ki, son nəticələri yalnız indiki pandemiya bitdikdən sonra etmək çıxarmaq olacaq.

Moskva Dövlət Universitetinin Molekulyar Biologiya Laboratoriyasının aparıcı tədqiqatçısı Roman Zinovkin bildirib ki, COVID-19 ən azı Nyu Yorka, “İspan qripi” itkiləri ilə müqayisə edilə bilən zərər vermiş kimi görünür. Bununla birlikdə, testlərin məlumatları rəhbər tutulsa, COVID-19 haqqında məlumatlar hələ 100 faiz dəqiq hesab edilə bilməz.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru