ABŞ DA PAŞİNYANIN İDDİALARINI YALANLADI - "Suriyalıların Qarabağda döyüşməsi barədə kəşfiyyat məlumatları yoxdur"
2-10-2020, 00:01
"Suriya üsyançılarının Dağlıq Qarabağda yerləşdirilməsini təsdiqləyən informasiya və ya kəşfiyyat məlumatları mövcud deyil". Bunu Cənubi Qafqazla məşğul olan iki amerikalı məmur anonimlik şəraitində “Turan”ın Vaşinqtondakı müxbirinə bildirib.
Məlumata görə, həmin məmurlar “hərbi əməliyyatlarda iştirak etmək üçün əsasən Suriya, Livandan Dağlıq Qarabağ zonasına qanunsuz silahlı birləşmələrin çıxarılması” barədə Rusiya XİN-in çərşənbə günü yaydığı məlumatı belə şərh ediblər.
Bundan başqa, Dövlət Departamentinin yüksək vəzifəli məmuru "Türkiyənin F-16 təyyarəsinin ermənilərin hərbi təyyarəsini vurması" barədə Ermənistan XİN-in bəyanatını təsdiqləməyib: “Bununla bağlı heç bir məlumatım yoxdur. Hazırda məndə bunu təsdiqləyəcək heç birfakt yoxdur”.
Qeyd olunub ki, bu həftənin əvvəlində dövlət katibi Mayk Pompeonun Yunanıstana səfərindən sonra Dövlət Departamentinin yüksək vəzifəli məmuru türkiyəli həmkarlarıilə görüşmək üçün iki günlüyə Türkiyənin İstanbul və Ankara şəhərlərinə səfər edəcək.
Görüşlərdə Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla, regional məsələlərin müzakirə ediləcəyi vurğulanıb.