Akopyandan Nikola şok: Kəs səsini, savaşın səbəbkarı sənsən

2-10-2020, 10:33           
Akopyandan Nikola şok:
Nikol Paşinyana ya xahiş edərək, ya da zorla izah etmək lazımdır ki, o, Qarabağ məsələsi ilə bağlı ümumiyyətlə heç bir fikir bildirməməli, xüsusən də beynəlxalq media ilə görüşdən çəkinməlidir. “Rossiya-1” telekanalına verdiyi müsahibədə o, bunu inadla sübut etdi. Hətta BBC müxbiri tərəfindən alçaldılması ona dərs olmadı.

Axar.az xəbər verir ki, bu ifadəni Ermənistan parlamentinin keçmiş deputatı Ruben Akobyan şəxsi Feysbuk səhifəsində paylaşdığı, Baş nazir Nikol Paşinyana ünvanlanan mesajda yazıb.

Paşinyana müraciətlə “Kəs səsini” yazan Akopyan, həmçinin Dağlıq Qarabağdakı vəziyyətə toxunub:

“Mövcud eskalasiyanın səbəbi Paşınyanın “Qarabağ – Ermənistandır” adlı populist şüarı, həmçinin Baş nazirin danışıqlar prosesindən imtina etməsidir. Erməni cəmiyyətinin respublika rəhbərinin siyasətindən narazılığı tamamilə əsaslıdır. Paşinyan hakimiyyətə gəldiyi ilk günlərdən bəri Ermənistanı daha bərbad vəziyyətə salıb. Qısa müddət ərzində bir sıra dövlətlərlə, o cümlədən KTMT və Aİ tərəfdaşları ilə münasibətləri xeyli korlayıb.

Bununla yanaşı Ermənistanın “əsas siması” elementar tarixi faktları bilmədiyini və ümumiyyətlə yüksək səviyyədə əsaslandırılmış söhbət apara bilməmə qabiliyyətini dəfələrlə nümayiş etdirib!”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru