Ermənilər qadınları niyə orduya cəlb edir? - İqbal Ağazadədən AÇIQLAMA

2-10-2020, 16:18           
Ermənilər qadınları niyə orduya cəlb edir? - İqbal Ağazadədən AÇIQLAMA
Ermənistan Müdafiə Nazirliyi itkilərin hər gün artması və ehtiyat qüvvələrin az olması səbəbindən ölkə qadınlarına müraciət etmək məcburiyyətində qalıb. Bu barədə Azərbycan Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib. “Ermənistanda artıq qadın batalyonu yaradılıb və hazırda komplektləşdirilir”, - deyə o əlavə edib.

Ümid Partiyasının sədri, Qarabağ qazisi İqbal Ağazadə Ermənistanın bu addımını Yenisabah.az-a şərh edərkən bildirib ki, rəsmi İrəvan qadınları orduya cəlb etməklə ruh düşkünlüyünün qarşısını almağa çalışır. “Müharibə həm psixoloji, həm də informasiya savaşıdır. Onsuz da ruh düşkünlüyü yaşayan erməni ordusunu müharibəyə hazırlamaq istəyirlər. Əsgərlərin qadınlara baxıb yenidən toparlanması və müharibədən qaçmasının qarşısını almaq istəyirlər. Çox güman ki, böyük psixoloji gərginlik yaşayırlar. İçəridə psixoloji basqı var və müharibəni qəbul etmirlər”, - deyə partiya sədri vurğulayıb.

İqbal Ağazadə əlavə edib ki, bəlli itkilərdən sonra erməni əsgərlərinin geri çəkiləcəyi gözlənilən idi.

“Biz həmişə demişik ki, bəlli bir itkidən sonra onlar olmayan şey uğrunda mübarizə aparmayacaqlar, geri çəkilməyə məcbur olacaqlar. Qadınların orduya cəlb edilməsi isə əslində informasiya savaşıdır. Guya qadın gəlib orada nə edəcək? Düzdür, müharibələrdə snayperlər olur, amma hər qadın da snayper olmur axı. İnanmıram ki, onlar gəlib orada bir şey edə bilsin. Ona görə də mənəvi ruhu, döyüş əhval-ruhiyyəsini qaldırmağı qarşılarına məqsəd qoyublar”, - deyə Ümid sədri bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.