Rusiyanın baş naziri Mişustin İrəvanda səfərdədir - Diplomatik mənbə

5-10-2020, 18:30           
Rusiyanın baş naziri Mişustin İrəvanda səfərdədir - Diplomatik mənbə
Bu gün Rusiyanın hökumət təyyarəsi Ermənistana uçuş edib.

APA-nın məlumatına görə, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan bildirib ki, təyyarə ilə gələn Rusiya hökumət nümayəndələrinin səfərinin məqsədi Avrasiya İqtisadi İttifaqının (Aİİ) oktyabrın 9-da Ermənistanda keçiriləcək iclasına hazırlıqdır.

Lakin diplomatik mənbələrdən məlum olub ki, Ermənistana səfər edənlər arasında Rusiyanın baş naziri Mixail Mişustin də var.

M. Mişustunin hansı məqsədlə nümayəndə heyətinin tərkibində İrəvana indi səfər etməsinin səbəbləri məlum deyil. O, Aİİ-nin oktyabrın 9-da Ermənistanda keçiriləcək iclasına gəlməli idi.

Müharibə getdiyi bir dövrdə bu səfər bir çox sual doğurur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru