Azərbaycanlı hakerlər Ermənistanın rəsmi saytlarını məhv etdi

7-10-2020, 00:03           
Azərbaycanlı hakerlər Ermənistanın rəsmi saytlarını məhv etdi
Azərbaycan hakerləri tərəfindən növbəti dəfə bir sıra erməni saytları dağıdılıb.

"Report" xəbər verir ki, bu barədə "Karabakh Hacking Team" "Telegram" kanalı və Anti-Armenia.org saytı məlumat yayıb.

Dağıdılan saytlar arasında düşmən ölkənin prezidenti, separatçı "Dağlıq Qarabağ respublikası"nın, ölkənin bütün nazirlikləri, o cümlədən Müdafiə Nazirliyi, Energetika Nazirliyi, Milli Təhlükəsizlik Şurası Aparatı, Səhiyyə Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Baş Prokurorluq, Mülki Aviasiya Baş İdarəsi, Ermənistan polisinin və s. veb resursları daxildir.



Belə ki, Ermənistanın onlarla dövlət qurumunun serveri tam olaraq məhv edilib, o cümlədən backup, ehtiyat bazası, məlumat bazası tam olaraq kökündən silinib. Saytlara Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Valday konfransındakı çıxışı, general Polad Həşimov və Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun fotoşəkilləri, habelə Azərbaycan əsgərlərinin Suqovuşanda Azərbaycanın dövlət bayrağını qaldırmasının görüntüləri yerləşdirilib.




Bundan başqa, Azərbaycan hakerləri səsli mesaj göndərərək serverlərə "root" giriş əldə etdiklərini bildirib və ermənilərin serverlərinə nə istəsələr edə biləcəklərini onlara bəyan edib. Həmçinin döyüş meydanında olduğu kimi, virtual meydanda da məğlubiyyətlərini etiraf etməyə çağırılıb. Bundan başqa, Azərbaycan ərazisindən Ermənistan qoşunlarının çıxarılması tələb olunub, əks halda, onlara toplu şəkildə öləcəkləri deyilib.




Dağıdılan saytların tam siyahısı aşağıdakı kimidir:

www.president.am, news.president.am, m.president.am
www.mil.am
www.nkr.am
www.nkrmil.am
www.nkrgov.am, gov.nkr.am, nkrgovernment.am
www.nssartsakh.am
president.nkr.am
diaspora.gov.am
www.police.am, vostikanutyun.am
www.hayzinvor.am
old.sns.am, old.snb.am
ethics.am,cpcarmenia.am
www.nankr.am
www.ombuds.am ,pashtpan.am, old.ombuds.am, old.pashtpan.am
www.armenia.am
kids.president.am
www.aviation.am,gdca.am
www.echr.am
www.genproc.am
www.sarm.am
www.stateproperty.am, www.spm.am, privatization.am
www.concourt.am
www.escs.am
www.mineconomy.am
www.moj.am ,justice.am
www.psrc.am
www.seco.am
www.ccc.am, investigatory.am
www.investigative.am, investigator.am
www.minenergy.am
www.msy.am
www.prosafe.am
www.armnoc.am
www.competition.am
www.minagro.am
www.minurban.am, mud.am
www.scws.am
reservepark.mnp.am
www.atc.am
www.edu.am
www.mincult.am
www.mnp.am, env.am
www.armarchives.am
www.bch.am
www.moh.am












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.