Qalstukuyla sürüdülməli Qalustun sayıqlaması – “bastion”da basdırılası zinvorlar

11-10-2020, 11:59           
Qalstukuyla sürüdülməli Qalustun sayıqlaması –
Ermənii yazarların nə qədər gopçu, şərçi, yalançı, həyasız, vicdansız, qərəzli, qeyri-obyektiv və sair və ilaxır olduqlarını sizə növbəti dəfə uzun-uzadı izah etmək fikrində deyiləm. Bunu mənsiz də bilirsiniz.

Amma indi sizə armenianreport.com saytında rusca məqalələr yazan Qalust Qriqoryan adlı müəllifin məqaləsindən sitatlar gətirəcəyəm, özünüz görəcəksiniz ki, yuxarıda saydığım mənfi insani keyfiyyətlər Qalustun mahiyyətini tam açmır. Məncə, bu adam zır paranoikdir. Heç inanmaq olmur ki, sağlam adam da belə şey yaza bilər.

Yazdıqlarını oxuyanda adamın içindən Qalustu qalstukundan tutub sürümək gəlir. Sonra fikirləşirsən ki, keşkə, ermənilərin hamısı bu ağılda, daha dəqiqi, bu ağılsızlıqda olaydı, onda debillərə qalib gəlmək daha asan olardı.

Xülasə, keçək Qriqoryanın yazdıqlarına.

Qalust Moskvada əldə olunmuş müvəqqəti atəşkəs sazişi barədə yazır: “Bu, erməni döyüşçünün əldə etdiyi böyük, tarixi qələbədir. Məhz onun mərdliyi Türkiyə və Azərbaycanın xalqımıza qarşı birgə hərbi aqressiyasını dayandırmağa imkanı verdi. Onların misilsiz dəyanəti sayəsində düşmən yalançı Bakı propoqondasının zəbt etməyə macal tapdığı bütün ərazilərimizdən geri oturduldu. Bir hektar torpaq belə düşmənə verilmədi!”

Məhz belə yazıb Qriqoryan və cümləsinin sonuna təşər-təşər nida işarəsi də qoyub.

Yazının altında şərh bölümü ola, götürüb yazasan ki, a səydəş, Azərbaycanın döyüşçüləri Madagiz adı qoyduğunuz Suqovuşanın suyunu açıb Tərtər çayına buraxıb, Talış kəndinin məktəbinə üç bayrağı birdən sancıb, Cəbrayılı, Hadrutu alıb, Horovluda nar dərir, sən harada yatmısan? “Bir hektar torpaq vermədik” nədi, torpağı hektarla maklerlərdən alarlar, bizim əsgər isə o tarpaqları verst-verst, mil-mil, kənd-kənd alır, bir silkin, özünə gəl, a Qalust.

Müəllif davam edir: “Erməni ordusunun bu gücü Bakını geri çəkilməyə məcbur etdi. Azərbaycan tərəfi öz ordusunun daha da darmadağın olacağından qorxaraq, öz XİN rəhbərini Moskvaya göndərdi, nəticədə üçtərəfli birgə sənəd imzalamağa məcbur oldu”.

Baa, sən canın? Bəs telefonu əlindən yerə qoymayan, Makrona, Consona, Merkelə, Putinə, Trüdoya, ta nə bilim, kimlərə gündə 5 dəfə zəng edən, “qoymayın, türk ordusu gəlir, bizi minəcək” deyə yalvar-yaxar edən kim idi, a həşarat?

Elə bilirsiniz, Qalustun bu təbliğat xarakterli yalan-palanları burada bitir? Əsla. Mürtəd yazır ki, 2016-cı ilin aprelində Şoyqu araya girməsəymiş, erməni ordusu hücuma keçib Azərbaycanın başqa rayonlarını da alacaqmış.

Bu yerdə o, nəyə görəsə əllərindən çıxan Lələtəpədən bəhs etmir. Bu o Lələtəpədir ki, oranı alanda hamı deyirdi, artıq Cəbrayılı almaq asanlaşdı. O gün məhz elə də oldu, amma, görünür, Qalustun o işdən xəbəri yoxdur.

Mütrüfün yazısı bu kimi səyləmələrlə doludur, hamısını yazmağa ehtiyac yoxdur. Amma axırda o, mətləb üstünə gəlir, təklif edir ki, dünya birliyi Ermənistana və onun süni peykinə böyük maliyyə yardımı etməlidirlər, onlara çoxlu dron alıb verməlidirlər ki, düşmənin öhdəsindən gəlmək mümkün olsun.

“Ədalətli olar ki, Türkiyə NATO-dan çıxarılsın, çünki bu dövlət başqa bir NATO ölkəsi olan Yunanıstanla qarşıdurmaya getməkdən çəkinmir”, – yazır Qaliust Qriqoryan. Gərək NATO-nun baş katibi Yens Stoltenberq bu sözləri nəzərə alsın, yaxşı deyil, əgər Qriqoryan deyirsə, NATO təcili təşkilati məsələlərə baxmalıdır.

Lap axırda Qalust yazır ki, möhtəşəm erməni döyüşçüsü hazırda bütün dünyanın mübarizə apardığı müsəlman terrorizminin qarşısında dayanıb və Ermənistan onun önündəki son qaladır (o, yekə-yekə “bastion” yazıb), yoxsa bu terrorizm Rusiyaya, eləcə də Avropaya sızacaq. “Bunu Vaşiqntonda da, Parisdə də, Moskvada da anlamılıdırlar və təkcə anlamaqla iş bitmir, hərəkət etməlidirlər”.

Ay, sən öləsən. Sizin o “möhtəşəm erməni döyüşçülər”inizin, öz dilinizdə desək, zinvorlarınızın meyitləri (özüm bilə-bilə “leş” yazmıram ki, anti-insani səciyyə daşımasın) dərə-təpələrimizdə doludur. Hələ bir gəlin, onları yığışdırın, öz “bastion”unuzda basdırın, sonra Parisin, Vaşinqtonun qayğısına qalarsınız.

Belə bir düşmənlə vuruşuruq, əziz həmvətənlər. Aşağı-yuxarı 99 faizi belə düşünür, dünyanı belə dərk edirlər. Bir rus müəllifin hələ iyulda yazdığı söz yada düşür. Həmin adam yazmışdı: “Ermənistan Azərbaycanla axırıncı rus əsgər qalana qədər döyüşmək əzmindədir”.

Dəlidilər, gicdilər, xəstədilər, nədilər…












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.