Ermənistan Gəncəni niyə bombalayır? - Koreyalı professordan AÇIQLAMA

11-10-2020, 12:02           
Ermənistan Gəncəni niyə bombalayır? - Koreyalı professordan AÇIQLAMA
Ermənilər Dağlıq Qarabağda baş verənləri "Səlib yürüşü" kimi təqdim edir, bunun "dini zəmində" baş verdiyini bildirərək Qərbdən dəstək istəyir.

“Yeni Sabah” Trend-ə istinadla xəbər verir ki, bunu Cənubi Koreyanın populyar "Sisa" jurnalında dərc olunuş məqaləsində bu ölkənin Dongduk Qızlar Universitetinin nəzdindəki Avrasiya Türk Araşdırmaları İnstitutunun direktoru, professor Oh Eun Kyun yazır.

Məqalədə deyilir ki, ermənilər köklərinin Dağlıq Qarabağ torpağında olduğunu iddia etsələr də, onlar Qarabağda əsasən, XIX əsrin əvvəllərindən etibarən yaşamağa başlayıblar.

Müəllif yazır ki, hazırda davam edən Qarabağ toqquşması beynəlxalq hüquqa əsasən Azərbaycan ərazisində baş verdiyi üçün, Ermənistanda hərbi bazası olan Rusiyanın erməni qoşunlarına dəstək vermək üçün bir səbəbi yoxdur.

Lakin KTMT-dan dəstək almaq üçün Ermənistan Qarabağdan uzaq olan Gəncəni bombalayır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru