“Azərbaycana qarşı informasiya müharibəsi aparan jurnalistlərin “qara siyahı”sı hazırlanmalıdır” - AÇIQLAMA

12-10-2020, 09:02           
“Azərbaycana qarşı informasiya müharibəsi aparan jurnalistlərin “qara siyahı”sı hazırlanmalıdır” - AÇIQLAMA
Artıq 16 gündür ki, Qarabağ cəhəsində aktiv hərbi əməliyyatlar davam edir. Hansı ki, bu müharibənin həm də informasiya məkanına sirayət etdiyi, media müstəvisində də davam etdiyi kimsəyə sirr deyil. Son vaxtlar Rusiya, Fransa və s. kimi ölkələrin mediasında yer alan qərəzli məlumatlar, yalan informasiyalar erməni məkrinin media cəbhəsində də özünü göstərdiyindən xəbər verir.

Bəs indiki həssas məqamda ölkəmizə qarşı informasya müstəvisində təxribat xarakterli məlumatlar yayan, işğalçı Ermənistanın ədalətsiz mövqeyini müdafiə edən əcnəbi media nümayəndələrinə qarşı hansısa addımlar atılmalıdırmı?

Moderator.az-a açıqlama verən politoloq Tofiq Abbasov bu şəxslərin adının “qara siyahı”ya salınmasının vacib olduğunu qeyd etdi:

“Azərbaycana qarşı müharibə aparan jurnalistlər var. Rusiyada, Qərbdə , Fransada bu qəbildən olan jurnalistlər mövcuddur. Bu jurnalistlərin də “qara siyahı”sı tərtib edilməlidir. Onların Azərbaycaan gəlməsi əngəllənməli, həmçinin bu şəxslərin ölkəmizə qarşı apardığı təxribatlara lazıımi səviyyədə cavab verilməlidir. Bu “qara siyahı” həm XİN-də, media ilə məşğul oaln qurumlarda – Mətbuat Şurasında, Milli Televiziya və Radio Şurasında olmalıdır. Bizim bu sahədə də hazırlıqlı olmağımız vacibdir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.