Rusiya televiziyasında Azərbaycana qarşı təxribat - Nəsiman Yaqublunun yazısı

12-10-2020, 11:26           
Rusiya televiziyasında Azərbaycana qarşı təxribat - Nəsiman Yaqublunun yazısı
Hazırki Rusiya televiziya kanallarına baxanda Sovet dövründəki qeyri-obyektiv məlumatlar yayan sovet dövlətinin televiziya proqlamını-“Vremya”nı xatırlayıram.Qarabağ hadisələri ilə bağlı təxribat xarakterli məlumatlar yayan bu televiziya proqramı separatçı ermənilər qədər bu problemə ziyan vururdu.Ermənipərəst mövqeyini hər zaman nümayiş etdirən bu proqramın əleyhinə hətta Bakıda 1988-1992-ci illərdə keçirilən mitinqlərdə də etirazlar səslənirdi.



O zamandan 30 ilə qədər vaxt keçib və bu gün Rusiya televiziyası, xüsusən “Rossiya 1” və “Rossiya 24” kanalları əvvəlki sələfinin təxribatçı “ənənələrini” davam etdirməkdədir.Sanki bu televiziyanın aparıcıları və jurnalistləri sovet şüurundan uzaqlaşa bilməyiblər.Eyni zamanda bu jurnalistlər aldığı jurnalist diplomuna da sayğı ilə yanaşmağı bacarmırlar.Axı o diplomun əsasını təşkil edən prinsiplərdən biri və elə başlıcası obyektivlikdir, qərəzsizlikdir, faktın yoxlanılıb ictimaiyyətə çatdırılmasıdır, qarşı tərəfin də mövqeyinin öyrənilməsidir.Deyəsən bu dəyərlər Rusiya televiziyasındakı jurnalistlərə çatmayıb.Yaxud da çatdırılıb,sadəcə şovinist hisslərini hansısa qanundan və dəyərlərdən üstün tuturlar.



Oktyabrın 11-də erməni quldurlarının gecə Gəncəyə raket ataraq dinc vətəndaşlarımızı qətlə yetirməsi insanlıq adına yaraşmayan bir qətliamdır.Normal düşüncəsi olan hər bir insan bu qətliamı yalnız məhz lənətləyə bilər.İndi “Rossiya 1” kanalında həmin axşam(oktyabrın 11-də, Gəncədəki partlayışın bütün dünyaya yayılmasından sonra)) Qarabağ hadisələri ilə bağlı verilən informasiyalara baxaq.

1) “Rossiya1” televiziyası -“Rusiyada hər iki tərəfin əldə etdiyi razılaşmadan sonra sakitlik yaranıb”.

Təkzib- Bu məlumat tamamilə yanlışdır.Məhz həmin sənədin imzalanmasından erməni quldurları Ermənistan ərazisindən Gəncəyə Rusiyaya məxsus raketlər atmış, nəticədə 9 nəfər həlak olmuş, çoxlu sayda insan yaralanmış, evlər dağıdılmış, insanlar divar uçqunları altında qalmışdır.

2) “Qarabağdan Rusiya kanalının verdiyi görüntülərdə və jurnalist şərhində bu bölgənin Azərbaycana məxsusluğu qeyd edilmir.

Təkzib: Rusiya Prezidenti V.Putin həmin müqavilə imzalanmamışdan 1 gün əvvəl elə həmin kanlda çıxış edib döyüş gedən bölgənin Azərbaycan ərazisi olduğunu qeyd etmişdi.deməli rusiyalı jurnalist heç öz prezidentinə sayğı göstərmir.

3) Rusiya televiziyasında səslənir:”Qarabağ xalqı, Qarabağ ordusu”

Təkzib: tarixdə belə adda xalq da yoxdur, ordu da yoxdur.Bu separatçı və quldur-terrorist dəstələrdən ibarət silahlılardır.Bütün dövlətlər bu qeyri – qanuni silahlılara qarşı necə mübarizə aparırsa biz də elə mübarizə aparırıq və aparacağıq.Rusiyalı jurnalist Rusiya dövlətinin çeçenlərə qarşı 15 il əvvəl etdiklərini diqqətə alsın.

4) Rusiyalı jurnalist açıqca bildirir:”Lavrovu dinləmədilərsə, Şoyquya qulaq asarlar”.

Təkzib: Rusiyalı jurnalist bu hədə və təhdidin müstəqil bir dövlətə yönəldiyi faktını unudur.Onsuz da həmin Şoyqu(oxu Rusiya dövləti) bu problemin həllində ermənipərəst mövqedədir və işğalçı Ermənistana silahlar göndərir.Və bu məsuliyyət də Rusiyanın üzərindədir.

Sonda: Rusiya dövlətinin bu ermənipərəst mövqeyi onu digər müsəlman və türk toplumları ilə qarşı-qarşıya qoyur.Rusiyanın ərazisində və onun qonşu sərhədlərində yaşayan bu müsəlman-türk toplumun da narazılığını qazanmaq Rusiyaya sərf etmir.Rusiyalı jurnalistlər bu haqda da düşünsə yaxşı olar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.