Humanitar atəşkəsin dördüncü günü - Füzulidə kəndlər atəşə tutuldu

13-10-2020, 10:28           
Humanitar atəşkəsin dördüncü günü - Füzulidə kəndlər atəşə tutuldu
Cəbhənin Füzuli istiqamətində düşmən təxribatı davam edir.

"Yeni Müsavat" qəzetinin Füzuliyə ezam olunmuş əməkdaşları xəbər verir ki, atəşkəsin üçüncü günündə də ermənilər kəndləri atəşə tutub.

Ermənilər Horadiz şəhərini, Alıxanlı kəndini və Zobucuq qəsəbələrini ağır artileriyadan hədəfə alıblar. Kənd və qəsəbədə zərər görən evlər var. İlkin məlumata görə, mülki əhali arasında ölən və xəsarət alan yoxdur.

Qeyd edək ki, humanitar atəşkəs elan edildiyi ilk gündən ermənilər dinc əhalini və Azərbaycan ordusunun mövqelərini atəşə tutmaqda davam edirlər. Azərbaycan ordusu Ermənistan silahlı qüvvələrinin mövqelərini susdurmaqda davam edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru