Ermənistan və separatçılar terrorçularla əlbir olduğunu "qanuni"ləşdirir

13-10-2020, 16:30           
Ermənistan və separatçılar terrorçularla əlbir olduğunu "qanuni"ləşdirir
Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində separatçı rejim “peşəkar ordu” formalaşdırmaq üçün “qanun layihəsini” qəbul edib.

“Report” xəbər verir ki, məlumatı “Aysor” yayıb.

Bildirilib ki, həmin "qanun" muzdluların işğal altında olan torpaqlarda Azərbaycana qarşı döyüşməsi nəzərdə tutulub.

Ermənistan hakmiyyəti və separatçılar bu “sənəd” vasitəsi ilə Qarabağda terrorçular və muzdluların döyüşdüyünü etiraf edir. Separatçı rejim terrorçuların və muzdluların fəaliyyətinə bu yolla “hüquqi” don geyindirməyə çalışır.

Qeyd edək ki, Dağlıq Qarabağdakı separatçı rejim qanunsuz strukturdur. Onun “peşəkar ordu” yaratmaq adı altında atdığı addımın da hüquqi əsası yoxdur. Odur ki, Qarabağdakı qanunsuz rejim “peşəkar ordu” adı altında xaricdən daha çox muzdlu gətirib və onların sayını artırmağı planlıaşdırır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru