Ərdoğana “Suriyada sizin üçün döyüşə gedim” deyən idmançımız Qarabağ döyüşlərinə niyə yollanmadı?
13-10-2020, 19:21
Azərbaycan ordusu hazırda böyük sınaq qarşısındadır.
Uzun illərin nəticəsiz sülh danışıqlarından sonra nəhayət, ordumuz işğal altındakı torpaqlarımızı azad etmək üçün savaş başladı və müəyyən uğurlarımız da oldu.
İndiki məqamda illərdir vətənpər cildinə girən bəzi adamların da kimliyi ortaya çıxmaqdadır.
Etiraf edək ki, Azərbaycan cəmiyyətində vətənpərvərlik adı ilə özünə siyasi kapital qazanmaq istəyən insanlar olub. Amma müəyyən dönəmlərdə buna nail olsallar da ancaq sonradan əsl niyyətləri üzə çıxır.
Bu günlərdə sosial şəbəkələrdə bir mövzu diqqətimizi çəkdi?
Görəsən, bu şəxslər başlanan ölüm-qalım savaşında varmı?
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakı səfərində onun qarşısını kəsən Araz Musayev adlı idmançı Suriyada türk ordusunun əsgəri kimi döyüşmək istədiyini demişdi.
Bəs görəsən, Araz bəy Qarabağ savaşına yollandımı?
Gununsesi.info-nun əməkdaşının apardığı araşdırma zamanı bəlli olub ki, Araz Musayev müharibəyə getməyib.
Araşdırmamız zamanı onun cəbhəyani ərazilərə yardım apardığı bəlli olub.
Ancaq Araz Musayev bu prosesdə də özünün reklamı ilə məşğul olub. Belə ki, avtomobilinə ərzaq məhsulları yığan FHN əməkdaşı bunu çəkdirərək, sosial şəbəkələrdə yaydırıb.
Araz bəyin özününün isə Vətənin bu ağır günündə döyüşə getməməsi sualı isə açıq qalır.