BVF-dən neftin qiyməti ilə bağlı proqnoz: "2021-ci il üçün neftin gözlənilən orta qiyməti 46,7 dollar olacaq"

13-10-2020, 21:24           
BVF-dən neftin qiyməti ilə bağlı proqnoz:
Beynəlxalq Valyuta Fondu (BVF) bu il dünya bazarlarında neftin bir barelinin orta qiymətinin 41,69 ABŞ dolları təşkil edəcəyini proqnozlaşdırır.

Bu barədə BVF-nin “World Economic Outlook” (WEO) hesabatının oktyabr buraxılışında deyilir.

Məlumata görə, 2021-ci il üçün neftin gözlənilən orta qiyməti 46,7 dollar olacaq.

Gələcəkdə isə Fond neft fyuçerslərinin qiymətinin 48 dollara çatacağını güman edir.

Sözügedən proqnozlar BVF-nin aprel və iyunda verdiyi proqnozlardan yüksəkdir (2020-ci il üçün 36,18 dollar, 2021-ci il üçün isə 37,54 dollar)/APA.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru