Bu o deməkdir ki, strateji əhəmiyyətli Ərgünəş daği və Məlikcan yüksəkliyinə xilaskar ordumuz nəzarət edir.

14-10-2020, 19:59           
Bu o deməkdir ki, strateji əhəmiyyətli Ərgünəş daği və Məlikcan yüksəkliyinə xilaskar ordumuz nəzarət edir.
Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!
Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində yazıb.
Teref.az xəbər verire ki, bunu ADR sədri Qubad İbadoğlu yazıb. Daha sonra Qubad bəy yazır:
P.S. Bu o deməkdir ki, strateji əhəmiyyətli Ərgünəş daği və Məlikcan yüksəkliyinə xilaskar ordumuz nəzarət edir. Belə olan halda da müzəffər ordumuz Füzuli şəhərinə və Horadiz qəsəbəsinə (şəhərinə yox, yeni azad olunan kəndə) doğru sürətlə irəliləyə, həmin marşrutlar üzrə kəndləri də qısa müddətdə azad edə biləcək. Qarakollu ilə kənd Horadiz arasında qalan Rəfədinli kəndləri, Aşağı Güzlək, Böyük Pirəhmədli, Mandı və Musabəyli kəndləri hələ də işğaldadır.
Bundan başqa da Xocavəndin kəndlərinin işğaldan azad edilməsi bizə Qubadlı rayonunu yüksəklikdə yerləşən Başarat, Milanlı və digər kəndlərinə doğru irəliləməyə, ordan da Qubadlının Muradxanlı, Xanlıq kəndlərini və rayon mərkəzini, ən başlıcası da Laçın Gorus magistral yolunu nəzarətə götürməyə imkan verir. Yolun açıq və aydın olsun, Azərbaycan əsgəri!
P.P.S. Bizim kəndimizə lap az qaldı, inşallah o da tezliklə azad olunar.
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.