Qırmızı Bazarın "Smerç"lə atəşə tutulması yalandır - Müdafiə Nazirliyi

15-10-2020, 22:33           
Qırmızı Bazarın "Smerç"lə atəşə tutulması yalandır - Müdafiə Nazirliyi
"Ermənistan tərəfi təxribat xarakterli yalan məlumatlar yaymağa davam edir".

Teref.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir:

"Ermənistanın işğal etdiyi Qırmızı Bazar yaşayış məntəqəsinin guya Azərbaycan Ordusu tərəfindən "Smerç" YARS vasitəsilə atəşə tutulması və mülki əhaliyə xəsarət yetirilməsi barədə yayılan xəbərin heç bir əsası yoxdur və yalandır. Bir daha bildiririk ki, humanitar atəşkəs rejiminə tam əməl edən Azərbaycan Ordusu yalnız zərurət yarandıqda qarşı tərəfi susdurmaq məqsədilə legitim hərbi obyektlərə atəş zərbəsi endirmək hüququnu özündə saxlayır".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru