Ordumuz buradakı bütün hədəfləri vura bilər - ekspert

16-10-2020, 21:17           
Ordumuz buradakı bütün hədəfləri vura bilər - ekspert
BMT nizamnaməsinin 51-ci maddəsində və BMT Baş Assambleyasının “təcavüzün tərifi” haqqında 1974-cü il tarixli qətnaməsində göstərilib ki, hücum edən tərəfin hərbi obyektləri hansı hallarda məhv edilə bilər.

Bunu Axar.az-a beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev deyib.

O bildirib ki, Azərbaycan öz ərazisini, eyni zamanda yaşayış obyektlərini qorumaq üçün Ermənistanın hücum trayektoriyasındakı obyektləri vura bilər:

“Bir qədər əvvəl Müdafiə Nazirliyi xəbər verdi ki, Ermənistan ərazisindəki iki ballistik raket kompleksi məhv edilib. Hansı ki, bu raketlərdən Azərbaycan ərazisini vurmaq üçün istifadə edilməsi planlaşdırılırdı. İstənilən halda bir ölkənin ərazisindən digərinin ərazisinə atəş açılırsa, həmin ölkə hücum etmiş sayılır. Bu o deməkdir ki, qeyd etdiyim 51-ci maddəyə görə hücuma məruz qalmış dövlət dərin müdafiə hücumundan istifadə edir. Bir dövlət hücuma məruz qalırsa, həm ona raket atılan qurğuları vura, həm də düşmənin digər ixtisaslaşmış obyektlərini məhv edə bilər. Yəni o ölkənin ərazisində olan bütün legitim hədəfləri vurmağa haqqı çatır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.