Ermənilərə 3 milyon dollar ayıran sahibkarın əsl məqsədi
17-10-2020, 19:43
Erməni Sahibkarlar Birliyinin prezidenti Samvel Karapetyan Ermənistanda və işğal altında olan Dağlıq Qarabağda yaşayan ermənilərə humanitar və sosial yardımların həyata keçirilməsi üçün 3 milyon dollar vəsait ayırıb.
Moskvanın “Buxta” ticarət mərkəzinin sahibi, Taşir şirkətlər qrupunun qurucusu Karapetyan humanitar proqramların əsas məqsədinin Ermənistan və Dağlıq Qarabağın sabit inkişafını təmin etmək olduğunu bildirsə də sirr deyil ki, bu “humanitar” yardımlar heç də humanist məqsədlərlə istifadə olunmur. Sözdə “humanizm"ə, “inkişaf”a, "sülh”ə xidmət edən bu yardımlar insanlıqdan kənar əməllərin maliyyələşdirilməsinə, Azərbaycanın mülki obyektləri və sivillərinə qarşı terror aktları və cinayətlərin törədilməsinə xərclənir.
Buradakı ən acı məqamlardan biri isə bu “humanitar yardım”da Moskvanın “Buxta” ticarət mərkəzində çalışan yüzlərlə azərbaycanlının alın tərinin olmasıdır.
Qeyd olunan ticarət mərkəzində çalışan azərbaycanlı satıcılar özləri də bilmədən bu “humanitar” dəstəkdə, daha doğrusu həmvətənlərinə qarşı terror və cinayətlərin törədilməsində iştirak edir. Bu gün “xeyriyyə” adı altında “Taşir” fonduna toplanan yüz minlərlə dollar vəsaitdə payı olan həmvətənlərimizi diqqətli olmağa və bu qanlı əməllərin maliyyələşdirilməsində iştirak etməməyə çağırırıq!
Həmçinin, bu gün Azərbaycana qarşı terror aktları, hərbi cinayətlər kimi anti-humanist əməllər həyata keçirən Ermənistanın dəstəkçiləri ilə eyni mühitində çalışan həmvətənlərimizin təhlükəsizliyinin təmin edilməsini və aidiyyatı qurumların bu məsələni diqqətə almasını tələb edirik.