Ermənistan ordusunun beli qırılıb - STATİSTİKA

3-11-2020, 16:52           
Ermənistan ordusunun beli qırılıb - STATİSTİKA
Sentybarın 27-dən başlayan Qarabağ döyüşləri Azərbaycan Ordusunun inamlı qələbəsi ilə davam edir. Cəbhədki son vəziyyət Ordumuzun ciddi irəliləyşini, 5 rayon və 200-dən artıq yaşayış məntəqəsini azad etdiyini təsbit edib.

Hazırda cəbhənin bütün istiqamətlərində şiddətli döyüşlər davam edir.

Modern.az “Oryx” portalı na istinadən xəbər verir ki, noyabrın 1-nə qədər Qarabağ cəbhəsində məhv edilən hərbi texnikanın statistikasını aparıb. Portal Ermənistandakı mənbələrinə əsasən, düşmən ordusunun itkilərinin bir hissəsini müəyyən edə bildiyini açıqlayıb.

Beləliklə, “Orxy” portalının məlumatına görə, Ermənistan ən azı aşağırdakı texnikasını itirib.

S-300 və S-125 zenit raket kompleksi üçün 10 radar və tuşlayıcı məhv edilibn.

Repellent radioelejtroin mübarizə sistemi

S-300, “OsA” və “Strela-10” üçün 22 atış nöqtəsi

1 “Elbrus” taktiki raket kompleksi

67 reaktiv yaylım atəşi sistemi (o cümlədən “Smerç” BM-30 sisteminin 6-sından 4-ü)

177 tank (döyüşlərə qədər Ermənistanın rəsmən 277 tankı olub)

79 yüngül zirehli texnika

400-ə qədər müxtəlif avotombil vasitələri

“Oryx”ın fikrincə, S-300 zenit-raket kompleksinin 6 atəş nöqtəsi məhv edildiyi üçün bu sistem demək olar ki, tam sıradan çıxarılıb. Eyni zamanda, ön xətdə Azərbaycana məxsus dronlara, hərbi təyyarə və helikopterlərlə qarşı mübarizə aparan Osa-AK sistemlərindən ən azı 13-ü məhv edilib.

Xarici ekspertlər Azərbaycanın zərbə və kəşfiyyat dronlarını, hərbi aviasiyanı, ağır artilleriya sistemlərini, yüksəsk dəqiqliyə malik raketləri və radioelektron kəşfiyyat vasitələrindən vahid orqanizm kimi uğurla istifadəı etməsi nəticəsində ermənilərin Qarabağda qurduğu Hava Hücumundan Müdafiə Sistemlərini məhv etdiklərini söyləyir.

“Oryx” portalının ekspertlərinin fikrincə, Ermənistan ordusu isətr şəxsi heyət, istərsə də artilleriya baxımından çox ağır itkilər verib, müdafiə sistemləri pərən-pərən salınıb. Yaxın vaxtlarda Gorus-Xankəndi yolunun Azərbaycan Ordusu tərəfindən nəzarətə alınması və erməni hərbi birləşmələrinin əzici məğlubiyyəti proqnoz edilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.