Bizə Natiq Əliyev yoxsa, energetika nazirliyi lazım deyil?
1-02-2016, 10:05
İki həftə öncə Sumqayıt məktəbində müəllimlərdən birinin şagirdi döyməsini əks etdirən video yayıld. Dərhal bütün ölkə mətbuatı yazdı, “Faceebok” müzakirələri başladı və müəllim az qala vətən xaini hesab olundu…
Çox keçmədi nazirliyin qərarı bilindi – “Müəllim məktəbdən qovulsun”…
Təhsil naziri Mikayıl Cabbarovun və ya həmin məktəbin direktorunun hansı əsas və arqumentlərlə belə bir qərar verməsini qətiyyən şərh etmək fikrində deyiləm.
Sadəcə bir cümlə ilə deyim… Bir hadisə 40 il müəllim işləyən, 100-lərlə şagirdin ali təhsil almasında, uğur qazanıb bu cəmiyyətə normal vətəndaş olaraq formalaşmasında əməyi keçən bir müəllimin üstündən qara xətt çəkilməsinə qətiyyən haqq qazandlrmaq olmaz. Hər halda bu doğru qərar deyildi… Qərarlar gələcəkdə problem yaratmamaq şərtilə verilməldir. Amma…
Əslində yazının məğzi bu deyil. Sadəcə illərin zəhməti üzərindən qara xətt çəkilməsi cəmiyyətin sağlam inkişafına vurduğu ziyanla bağlıdır.
Ola bilər yazını oxuyan dostlar və ya oxucular başqa mətləblər axtarsın. Elə hesab etsinlər ki, bunu məndən kimsə istəyib və ya hansısa məqsəd üçün yazmışam. Heç də elə deyil.
Ötən günlərdə Milli Məclisdə deputat Zahid Oruc maraqsız bir təklif irəli sürümüşdü.
Fikirlərini olduğu kimi təqdim edirəm – Energetika Nazirliyi niyə lazımdır ki? Onun səlahiyyətlərini yerinə yetirən SOCAR var. Elə bil ki bu nazirliyi bir adama görə yaratmışıq. Natiq müəllim təcrübəli şəxsdir. Neft strategiyasının həyata keçirilməsində mühüm rol oynayıb. Amma ayrıca bir nazirliyə ehtiyac yoxdur. Onun səlahiyyətlərini yerinə yetirən SOCAR var”.
Zahid Orucun bu təklifini oxuyanda qəti təəcüblənmədim. Artıq təəcüblənməli heç nə yoxdur. Ola bilər ki, bu gün aparılan islahatlardan, qurulan yeni iqtisadi, siyasi, mədəni, sosial sistemdən sonra energetika nazirliyi daha lazım olmasın.
Əslindı Azərbaycanda lazımsız qurum, təşkilat çoxdur və bunların ləğvi vacibdir və bu istiqamətdə artıq iş aparılır. Amma bunu deməyin də bir tərzi var. Onu təqdim etməyin də bir qayda-qanunu var. Axı gəlin bir ayaq saxlayıb diqqət edək – Energetika Nazirliyinin başında dayanan Natiq Əliyev kimdir? Onun Azərbaycan üçün hansı xidmətləri olub? Onun təhsili, savadı, həyat və iş təcrübsi nə qədərdir? O necə nazir olub? Natiq Əliyev bu dövlət üçün nələr edib? Bu gün o və onun nazirliyi niyə lazım deyil? Lazım deyilsə bunu cəmiyyətə necə təqdim etmək daha doğru olar?
Siyasətin bir iyrənc oyun olduğunu hamı bilir. Amma bunu hansı formada və kimə qarşı necə yürütməyin qaydalarını tapmalıyıq. Bu gün milləti, dövləti üçün çalışan insanlar var və digərlərinə göstərilən bu münasibətləri görür. Sabah onlara da eyni münasibətin göstəriləcəyi barədə düşünmək lazımdır.
Kimdir Natiq Əliyev?
Natiq Əliyev 1947-ci il noyabrın 23-də Bakı şəhərində anadan olub. 1965-ci ildə orta məktəbi, 1970-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu dağ mühəndis-geoloqu ixtisası üzrə bitirib.
İnstitutu bitirdikdən sonra “Xəzərdənizneftqazsənaye” Ümumittifaq İstehsalat Birliyinin “Azdənizneftkəşfiyyat” trestində, Kompleks dəniz geoloji-kəşfiyyat kontorunda işləyib. 1971-ci ildən Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutunun aspiranturasında təhsil alıb, 1974-cü ildən geologiya-mineralogiya elmləri namizədidir, böyük elmi işçi vəzifəsində çalışıb.
1979-cu ildə “Xəzərdənizneftqazsənaye” Ümumittifaq İstehsalat Birliyinin Kompleks dəniz geoloji-kəşfiyyat kontorunda geologiya şöbəsinin rəisi vəzifəsinə təyin olunmuşdur. 1984-cü ildən Azərbaycan Respublikası Kommunist Partiyası Mərkəzi Komitəsinin aparatında neft və kimya şöbəsində təlimatçı, sonra isə sosial-iqtisadi inkişaf şöbəsinin bölmə müdiri vəzifələrində işləmişdir. 1993-cü ildən 2005-ci ilə qədər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Prezidenti və Direktorlar Şurasının sədri, 1994-cü ildən Azəri-Çıraq-Günəşli yataqlarının işlənməsi üzrə layihənin Rəhbər Komitəsinin sədri, 2002-ci ildən Bakı-Tbilisi-Ceyhan Şirkətinin (BTC Ko) Direktorlar Şurasının sədri olmuşdur. 2005-ci ildə Azərbaycan neftçilər konqresinin prezidenti seçilib.
2005-2013-cü illərdə Azərbaycan Respublikasının Sənaye və Energetika naziri vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 22 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Energetika naziri vəzifəsinə təyin olunub.
100-dən artıq elmi işi, məqaləsi, kitabı dərc edilmişdir. Beynəlxalq Şərq Neft Akademiyasının akademiki, 2008-ci ildən iqtisad elmləri doktorudur. 2008-ci ildə Beynəlxalq Mühəndislik Akademiyasının (Rusiya Federasiyası, Moskva) müxbir üzvü seçilmişdir. Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin 18 noyabr 2009-cu il tarixli qərarı ilə Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının üzvüdür. Neft sənayesinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası “Şöhrət” ordeni, Azərbaycan Respublikasının “Əməkdar mühəndisi” fəxri adı, Gürcüstanın “Şərəf” ordeni, Fransanın “Milli Fəxri Legion” ordeni, Polşanın “Böyük Komandor Xaçı” Ordeni, Beynəlxalq Akademiyaların orden və medalları ilə təltif olunub…
Məncə bunlar bəs edər… İndi istəyirlər Energetika Nazirliyi ləğv olunsun, istəyirlər adını dəyişsinlər, fərq etməz… Natiq Əliyev Azərbaycan üçün çox iş gördü…bizimxeber/