Yunanıstan təyyarələri Qarabağa terrorçu daşıyırmış? – Vətən savaşının bilinməyən üzü

11-12-2020, 15:37           
Yunanıstan təyyarələri Qarabağa terrorçu daşıyırmış? –
Yunanıstan təyyarələri Qarabağa terrorçu daşıyırmış?
Türkiyənin "Habertürk” saytının yazarı, professor Kürşad Zorluöz məqaləsindəBMT-nin Baş katibinə erməni yalanları barədə yazılan məktubun detallarını açıqlayıb.

Sfera.az sözügedən məqaləni təqdim edir:

"Dünən Bakıda qürurverici, duyğusal görüntülər tarixə iz qoyarkən, Qarabağdakı müharibənin təfərrüatları tədricən aydınlaşmağa başladı. Müharibə zamanı erməni tərəfinin ən böyük qara təbliğatı "Suriyadan döyüşçülər gətirildi" iddiası idi. Erməni mətbuatında daim fərqli məzmunda istifadə olunan bu iddialar heç bir konkret məlumatlara və sənədlərə əsaslanmırdı və paylaşdıqları materialların uydurma olduğu da məlum oldu. Ancaq tarixi prosesdə Ermənistanın PKK terror təşkilatı ilə əməkdaşlığı artıq açıq mənbələrdən əldə edilən məlumatlarla təsdiqlənib.

Bunlardan biri də Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyevin 18 noyabrda BMT-nin Baş katibinə yazdığı hərtərəfli məktubdur. Bu məktub doğru təqdim edilərsə, nəticəsiz qalmayacağına əminəm.

Məruzə formasında olan bu məktubda erməni məhbusların fotoşəkilləri və ifadələri yer alır. Əvvəla, deyək ki, Azərbaycana qarşı Qarabağda döyüşməyə gətirilən əcnəbilərin əhəmiyyətli bir hissəsi İraq, Suriya və Livandan olanlardır.

Bu nöqtədə ermənilərin PKK terror təşkilatı ilə işbirliyinin olduğu ifadə edilir. Bu çərçivədə PKK-nın Suriya və İraqdakı mərkəzlərindən çox sayda terrorçu Dağlıq Qarabağa gətirilib. Üstəlik, daha da əhəmiyyətlisi, transferləri həyata keçirən təyyarələr Yunanıstana məxsusdur. Uçuş məlumatları təqdim olunan bu hesabat günlük informasiyalar əsasında hazırlanıb.

Sentyabr və oktyabr aylarında yüzlərlə insan "Olympus Airways" təyyarələri ilə Dağlıq Qarabağa gətirilib. Xəbərdəki məlumatlar arasında terrorçuların radio danışıqlarında PUA-lardan narahat olduqları, bəzi döyüşçülərin diri-diri ələ keçirildiyi və münaqişə bölgəsinə gəldiklərinə görə peşman olduqları da yer alır.

Ən əhəmiyyətli məqam isə Şuşa şəhərindəki terrorçularun müharibə dövründə Azərbaycan hərbi forması geyinməsidir. Onların məqsədləri Azərbaycan qoşunları arasında qarışıqlıq yaratmaq və mümkün qarşıdurmadan sonra dünya ictimaiyyəti qarşısında Azərbaycanı günahlandırmaqdır...

Məlumata görə, erməni əsir Albert Mikaelyan bu həqiqəti etiraf edir və terrorçuların aylıq 600 dollar maaşla Dağlıq Qarabağdakı erməni sıralarında olduqlarını etiraf edib.

Bundan başqa Yaşar Əliyevin yazdığı məktubda Ermənistanın ABŞ, Fransa, Yunanıstan, İordaniya, Belarusiya, İran, İspaniya, Belçika və digər ölkələrdən insanları münaqişə bölgəsinə gətirdiyi qeyd olunur. Təbii ki, bu insanlar ölkələrinə qayıtsalar belə orada da təhlükəsizlik üçün təhlükə yaradacaqlarına dair bir xəbərdarlıq edilir.

Bu və bənzər detallar barədə yaxın günlərdə daha çox məlumat alacağıq. Xüsusilə köçkünlərin ağır itkiləri və dağılmış şəhərlərin, mədəni və tarixi abidələrin aşkarlanması Azərbaycanın Ermənistandan təzminat almaq hüququnu gündəmə gətirəcək. Yalnız bundan sonra beynəlxalq hüquq və beynəlxalq birliyin arzulanan reaksiyası bir daha sınaqdan keçiriləcək".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.