Alimlər koronavirusun ən çox müşahidə olunan simptomlarını açıqlayıblar

12-12-2020, 08:04           
Alimlər koronavirusun ən çox müşahidə olunan simptomlarını açıqlayıblar
Bir qrup İslandiya alimi, yoluxmuş insanlarda ən çox görülən koronavirus əlamətlərinin əzələ ağrısı və baş ağrısı olduğunu aşkar edib.

Trend-in məlumatına görə, bu barədə British Medical Journal elmi nəşrində dərc olunan tədqiqatda bildirilib.

Mütəxəssislər COVID-19 ilə xəstələnən 1564 İslandiya sakininin vəziyyəti barədə məlumatları araşdırdı. Araşdırmanın nəticələrinə görə xəstələrin 55 faizinda əzələ ağrısı qeydə alınıb. Tədqiqat iştirakçılarının yarısından çoxu (51 faiz) baş ağrısı və 49 faizi quru öskürək keçirib.

Xəstəliyin gedişatı boyunca xəstələrin əksəriyyətində (67 faiz) simptomlar yüngül formada özünü göstərib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru