Erməni mediasının "Azərbaycan Ordusu Cermukun 1-2 kilometrliyindədir " iddiasına Ermənistan MN-dən cavab: "Azərbaycanın öz ərazisində olması normaldır""
14-12-2020, 08:33
Ermənistanın "pastinfo" saytı Azərbaycanın Ermənistanla sərhədinin Kəlbəcər istiqamətində Azərbaycan hərbçilərinin olduğunu və burada tikinti işlərinin aparıldığını yazıb.
Avropa.info xəbər verir ki, sayt Ermənistanın Cermux rayonunun Azərbaycanla sərhəd məntəqəsinə çevirildiyini və Azərbaycan hərbçilərinin Kəlbəcər dağlarında olduğunu bildirib.
"Azərbaycan hərbçilərinin mövqeləri Cermukun cəmi 1-2 kilometrliyindədir. Cermuk sakinləri deyirlər ki, azərbaycanlılar orada tikinti işləri aparırlar", deyə sayt qeyd edib.
"Pastinfo"-nun sualına cavab olaraq, Ermənistan müdafiə nazirliyi Azərbaycanın hərbçilərinin Cermukun 1-2 kilometrliyində yerləşən Kəlbəcərdə olmasının və tikinti işləri aparmasının normal olduğunu bildirib.
"Azərbaycanın öz ərazisində tikinti işləri aparması normaldır. Ermənistan da öz ərazisində bunu edir", deyə Ermənistan müdafiə nazirliyinin açıqlamasında qeyd olunub.