190 manat birdəfəlik yardım nə vaxt və neçə ay veriləcək? - AÇIQLAMA

14-12-2020, 11:04           
190 manat birdəfəlik yardım nə vaxt və neçə ay veriləcək? - AÇIQLAMA
Bu gündən etibarən ölkədə yenidən sərt karantin rejimi tətbiq olunur. Nazirlər Kabineti yanında Operativ Qərargahın 8 dekabr tarixli qərarına əsasən, məhdudiyyətlər 2021-ci il yanvarın 18-dək davam edəcək. Bu çərçivədə 190 manat birdəfəlik yardımın təkrar 600 min nəfərə verilməsi nəzərdə tutulur.

Maraqlıdır, birdəfəlik yardım nə vaxt və neçə ay veriləcək?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsinin rəhbəri Fazil Talıbov məsələ ilə bağlı Yenisabah.az-a açıqlamasında bildirib ki, hələ ki bu barədə dəqiq məlumat yoxdur:

“Nazirlər Kabinetinin müvafiq qərarını gözləyirik. Qərara uyğun proses icra olunacaq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru