Qubad İbadoğlu: “Rusiya Qarabağda Osetiya varinatını tətbiq edir”

15-12-2020, 02:31           
Qubad İbadoğlu:
“Rusiya Qarabağda Osetiya varinatını tətbiq edir”.



Pravda.az-ın xəbərinə görə, bunu ekspert Qubad İbadoğlu deyib.



Q.İbadoğlu bildirib ki, Rusiya nəzarət dairəsini genişləndirmək üçün münaqişə ocağı yaradır: “Şəhidlərimizin qanı və canı bahasına azad edilən torpaqları da əlimizdən alıb, post qurur, yeni əraziləri nəzarətə götürmək üçün əraziyə əlavə qoşun yeridirlər və ömürlük məskən salırlar. Bütün bunları bilmək üçün nə alim, nə də siyasətçi olmaq lazım deyil, sadəcə rusların xislətinə bələd olmaq kifayət edir.



Çıxış yolu nədir?



1) Rus "sülhməramlıları"nın qanunsuz hərəkətlərinə və özbaşınalığına qarşı mövqe qoyulmalıdır, ictimai-siyasi təşkilatlar etirazlar bildirilməlidir, bu mövqeni bölüşən hər kəs "Ruslar Qarabağı tərk etməlidir" müraciətinə qoşulmalıdır.



2) Azərbaycanla Türkiyə arasında hərbi müttəfiqlik müqaviləsi imzalanmalı, Bakı-Ankara Hərbi İttifaqı yaradılmalı, türk silahlı qüvvələrinin Qarabağda hərbi bazaları yaradılmalıdır.



3) Hakimiyyət xalqa mövcud vəziyyətə dair müntəzəm açıqlamalar və izahatlar verməlidir. Xalq hakimiyyət birliyi qorunmalı, hakimiyyət yalnız xalqa və Türkiyəyə arxalanmalıdır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru