Dünya yeni qütbləşmənin astanasında: Çin ABŞ qarşısında Sovet İttifaqının taleyini təkrarlayacaqmı?

15-12-2020, 10:49           
Dünya yeni qütbləşmənin astanasında:
Bu dəfə yeni qütbləşmə Rusiya Federasiyasını sıradan çıxarır. Hazırda Vaşinqton imperialist ifratçılığın əvəzini ödəyərkən, Pekin böyük qlobal güc kimi formalaşma və doğulma mərhələsində içindədir...

Emile Amin
“The Independent” qəzeti, 13 dekabr 2020-ci il

Dünya, bəlkə də “Soyuq Müharibə” dövründə baş verənlərdən daha təhlükəli bir qütbləşməyə doğru gedir. Bir neçə həftə sonra ABŞ-da yeni administrasiya iş başına keçdikdən sonra bu qütbləşmə daha böyük sürətlə böyüyyəcək.

Bu dəfə yeni qütbləşmə Rusiya Federasiyasını sıradan çıxarır. Bu da Vaşinqton və Pekin arasındakı qütbləşməyə yol açır. Hazırda Vaşinqton imperialist ifratçılığın əvəzini ödəyərkən, Pekin böyük qlobal güc kimi formalaşma və doğulma mərhələsində içindədir.

Çin Sovet İttifaqına baha başa gələn hadisələri və siyasi-iqtisadi prossesləri yaxşı başa düşür. Sovet imperiyası dünyanın gözündə bir nəhəng kimi görünürdü və üzdə bu, doğrudan belə idi. Lakin, əslində o nəhəngin içi puç idi. Sanki, gildən düzəldilmiş iki ayaq üzərində bir heykəl idi və o heykəl külək əsən kimi yıxılıb sındı.

İndi isə qütbləşmə iki ölçüdə baş verir: bir tərəfdən iqtisadiyyat, digər tərəfdən isə kəşfiyyat sahəsində. Onların arasında qlobal təsir sahələrini doldurmaq üçün çoxsaylı rəqabət çərçivələri var.

15 noyabrda ABŞ daxildə mənəvi olaraq bölündü. Amerika demokratiyasında dərin yaralar açan son prezident seçkiləri ABŞ-ın sosial quruluşunda da qırıqlar yaratdı.

Bu dönəmdə həm də Avstraliya, Yeni Zelandiya və Cənubi Koreya da daxil olmaqla, Asiya və Sakit Okeanda 15 ölkə Hərtərəfli İqtisadi Tərəfdaşlıq adlı sərbəst ticarət müqaviləsi imzaladı.

ABŞ-ın “CNN” şəbəkəsinə görə, Çinin başlatdığı müharibənin ön cəbhəsinə çevrilən bu müqavilə təxminən 2,2 milyard insanı əhatə edir. Bu da dünya əhalisinin 30%-nə bərabərdir. Həmçinin, 26,2 trilyon dollarlıq ÜDM ilə, yəni qlobal ÜDM-nin 30%-i ilə qlobal ticarətin təxminən 28%-ni təşkil edir.

Çin fürsətlərdən istifadə etməkdə olduqca məharətlidir. Müqavilənin əlamətləri 2012-ci ildə görünməyə başlasa da, Pekin regional iqtisadiyyatları hərtərəfli və davamlı şəkildə stimullaşdıraraq müqaviləni aydınlaşdırmaq, yeni çevik iqtisadi reallıq qurmaq və həmrəylik ehtiyacına kollektiv cavab vermək üçün koronavirus (Covid-19) epidemiyasından istifadə etdi.

Çin bu razılaşma yolu ilə böyük bir coğrafi və demoqrafik varlıq yaradır. Hər kəs başa düşür ki, bu istiqamət Çinin maliyyə, iş və ticarət sistemini manipulyasiya edərək dünyanın 6 qitəsində fəaliyyət göstərmək üçün istifadə etdiyi mexanizmlərdən biridir. Yəni ümumən, Amerika və Qərb kapitalizmi də eyni praqmatik konsepsiyalarından istifadə edir. Sanki, Çin xalq dilində “baxın ödədiyiniz əvəz sizə geri qaytarıldı” deyir.

Həmçinin, gələcək qütbləşməyə gedən yolda mülayim Çinin heç də sərt gücə meyilli olmadığını deyə bilmərik. Bunu hər gün Pekinin özünün də inkar etmədiyi müşahidələr göstərir. Bu vəziyyət ABŞ milli təhlükəsizlik rəsmiləri və 17 qurumla ABŞ Milli Kəşfiyyat Kompleksinin də gözündən yayınmır.



Çinin ABŞ-dakı casusluq fəaliyyətini daha da genişləndirməkdə çox usta olduğu da hər kəsə məlumdur. Çinin Hyustondakı konsulluğunun bağlanması, bəlkə də, keçən yay Çin kəşfiyyat agentlərinin Amerika torpaqlarında konsulluq işçilərinə verdikləri diplomatik vəzifələrlə ziddiyyət təşkil edən hərəkətlərinin nəticəsi idi.

Dekabr ayının əvvəlində ABŞ Ədliyyə Nazirliyinin müavini Com Demers bildirib ki, bu yay ABŞ-da təhsil alan Çin Azadlıq Ordusunun 6 üzvünün həbs olunmasından sonra Çin ordusundan mindən çox tədqiqatçı ABŞ-a gəlib. Demersə görə, bu, aysberqin yalnız görünən qismidir.

Çin elmi vəzifələrə görə ordularından məktəblərə və universitetlərə tələbə olmaları üçün bəzi mütəxəssislər göndərir. Bu, onların Amerika cəmiyyətinə nüfuz etmələrini və daha sonra Amerika ixtiralarının əqli mülkiyyətinin oğurlanmasını asanlaşdıracaq.

Məsələ yalnız bu da deyil. ABŞ Milli Kəşfiyyat Agentliyinin direktoru Con Ratklif bu yaxınlarda İngiltərənin “The Guardian” qəzetində yayımlanan uzun bir məqaləsində Çinin xüsusi qabiliyyətli bir ordu yaratdığını qeyd edib. Bunların bioloji testlər yolu ilə həyata keçirildiyini də vurğulayıb. Con Ratklif qeyd edir ki, Çin fiziki, kimyəvi və bioloji cəhətdən insanların təbii sərhədlərindən kənara çıxan texnologiyalarla təkmilləşdirilən “müstəsna əsgərlər” yaratmağa çalışır.

Bütün bunları Çin hansı məqsədlə edir?

Qısaca desək, Çin qlobal səhnədə hakimiyyətə sahib olmaq və dünyadakı bütün həyat səviyyələrinə təsirini genişləndirməyə çalışır. Yəni Çin yeni dünya imperatorluğu qurmaq istəyir. Bu imperatorluq özünün təsir miqyası ilə kosmik fəzaları da əhatə edə bilər.

ABŞ prezidenti seçilən Co Bayden Çinlə mübarizə aparacaq baxışa sahibdirmi?

Bu cavab isə iqtisadi və ictimai çöküşə səbəb olan pandemiya ilə Amerikanın xaricdə mübarizəyə hazır olub-olmadığını göstərən başqa bir istiqamətdən xəbər verir.

İstənilən halda Pentaqonun Sakit okean komandanlığındakı Ortaq Kəşfiyyat Mərkəzinin keçmiş əməliyyat müdiri Karl Şusterin sözləri Baydenin kampaniyasının Pekinə qarşı dünyanın ən təhlükəli və qarışıq problemlərdən biri olan Cənubi Çin dənizi ilə bağlı mövqeyini dəqiq şəkildə ortaya qoymadığına işarə etdi.

Şusterin fikrincə, Vaşinqtonun Pekinlə olacaq toqquşmaya dair düşüncələrində bir qarışıqlıq var.

Çinlə qütbləşmə ABŞ üçün Sovetlərdən niyə daha təhlükəlidir?

Vaşinqton üçün əsas təhlükə odur ki, Çinin ABŞ qarşısında müdafiə olunmaq üçün Sovet İttifaqından qat-qat çox iqtisadi müdafiə vasitələri var. Moskva isə maddi və iqtisadi və texnoloji gücü olmayan, yalnız nüvə başlıqlarına sahib olan bir xammal ölkəsi idi.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.